Nyukasl Qarabağ oyunu italiyalı hakimlərə tapşırıldı
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi tanınmış FİFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək.
VAR hakimi Daniele Çiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə “Sent Ceyms Park” stadionunda təşkil olunacaq “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.
Baxış sayı:178
Bu xəbər 22 Fevral 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















