“Nyukasl” “Qarabağ”ın 9 nömrəsini diqqətdə saxlayacaq
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Nyukasl” futbolçuları “Qarabağ”la matçda Ağdam təmsilçisinin yarımmüdafiəçisi Xoni Montieli diqqətdə saxlayacaqlar.
“Qafqazinfo” xəbər verir ki, bunu “Nyukasl” klubunun futbolçusu Ceykob Mörfi “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, “Qarabağ”ın zəif rəqib olmadığını vurğulayıb:
“Qarabağ” əslində çətin rəqibdir. Heyətlərində 9 nömrəli futbolçu Xoni Montiellə arxadan yaxşı hücumlar qururlar. Bu məqama diqqət yetirməliyik. Doğma meydanda çıxış etdiyimiz üçün öz oyun prinsiplərimizi tətbiq etməyə çalışacağıq”.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Fevral 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















