O, bahalı brendləri və dekolteni sevir: milyarder Bezosun həyat yoldaşı FOTOLENT
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Keçmiş televiziya aparıcısı, hazırda uğurlu biznes-ledi və amerikalı milyarder Ceff Bezosun həyat yoldaşı olan Loren Sançes uzun illər ərzində öz üslubunu formalaşdırmaqda böyük yol qət edib.
Loren artıq uzun müddətdir ki, müxtəlif dəvətlərdə, qırmızı xalça mərasimlərində və mükafatlandırma gecələrində görünür və geyimləri həmişə diqqətçəkici olub, bədən quruluşunu vurğulayıb. Lakin son illərdə onun obrazında xüsusi dəyişikliklər baş verib. Sançes daha çox tanınmış dizaynerlərə müraciət edir, eksklüziv geyimlər geyinir və 55 yaşında belə möhtəşəm görünən bədən quruluşunu vurğulamağa üstünlük verir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, məşhur xanım indi tez-tez Oscar de la Renta, Dolce & Gabbana, Chloé, Schiaparelli və Dior kimi məşhur brendlərin geyimlərini seçir.
Xüsusilə uzun, sinə hissəsi ürək formalı dekolteli, krujeva və ya payetka ilə bəzədilmiş, şleyfli və ətəyi yarıqlı libaslara üstünlük verir. Bu cür geyimlər Lorenin ayaqlarını və fiqurunu nümayiş etdirir və ona daha da cəlbedici görünüş verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 24 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















