Icma.az
close
up
RU
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı”

“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı”

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda kirayənişinin qaldığı evi sahibinin xəbəri olmadan satması ilə bağlı daha öncə xəbər vermişdik. Saytımıza hələ ötən il müraciət edən Turan Nəbili 2023-cü ilin avqustunda kirayəyə verdiyi evin satıldığını bildirəndən sonra məsələyə Daxili İşlər Nazirliyi (DİN) reaksiya verərək dələduzluq edənlərdən birinin saxlanıldığını bildirmişdi.

Hurriyyet.az xəbər verir ki, indi şikayətçi T.Nəbili sözügedən dələduzluq faktının məhkəmə prosesi ilə bağlı yenidən “Qafqazinfo”ya üz tutub.

Bu dəfə vətəndaş bildirir ki, dələduzluq əməli təsdiqlənsə də, məhkəmə nəticəsi heç də istədikləri kimi olmayıb. Belə ki, T.Nəbili ilk prosesin onların lehinə olduğunu bildirsə də, sonrakı məhkəmələrdə evini ala bilmədiyini qeyd edib: “Hər kəs gözləyirdi ki, məhkəmə olacaq və bu prosesdə evimiz geri qayıdacaq, lakin belə olmadı. Birinci keçirilən Xətai Rayon Məhkəməsini qazandıq. Yəni bizim evimizin cinayət yolu ilə satıldığı təsdiqləndi. Mən və ailəmin heç vaxt xaricdə yaşamamağımız, evin satılmasına dair etibarnamənin bizə aid olmaması kimi dəlillərlə məhkəmədə qalib gəldik. Bununla da qərar verildi ki, ev əsl sahibinə qaytarılmalıdır. Bundan 2 ay sonra qarşı tərəf- evi sonuncu alan Azər Həsənov bizi Apellyasiyya Məhkəməsinə verdi, 3 məhkəmə keçirildi. Dələduzluq edərək evimizi satan və hazırda həbsdə olan Rauf Kazımov məhkəməyə gətirildi və onu sorğu-sual etdilər”. 

Fotoda: Turan Nəbili 

Vətəndaşın sözlərinə görə, məhkəmə zamanı ittiham edilən şəxs evin əslində satılmadığını deyib: “Evi Anar adlı şəxsin adına keçirdiyini dedi. Anar isə evi sələmçilərə verir, pul götürür və qarşılığında müqavilə ilə evi adına keçirir. Sonuncu məhkəmə 3 saat davam etdi. Qarşı tərəflə bağlı nə qədər səhv, tutuşmayan faktlar ortaya çıxdı. Zənn elədik ki, qalib gələcəyik. Lakin qərar bu oldu ki, ev sonuncu alan şəxsdə qalacaq. Qarşı tərəf özünü müdafiə etdi. O bildirdi ki, ev vicdansızlıqla da satılsa, mən evi normal şəkildə almışam, məndə də qalmalıdır”.

Evin sahibi T. Nəbili həmçinin qeyd edib ki, onunla birgə R.Kazımovun dələduzluğuna məruz qalan Rəhim adlı şəxs Apellyasiyya Məhkəməsinin qərarından sonra vəfat edib: “Rəhim bəy bu proseslər zamanı çox stress çəkdi. Nəticədə adamın ürəyi dayandı. İndi onun qardaşı şikayətçidir”. 

Fotoda: Mərhum Rəhim İsmayılov

Şikayətçi evi sonuncu alan Azər Həsənovun da tutulan şəxslə əlbir olduğunu iddia edib: “Düşünürəm ki, Həsənov da onlarla əlbirdir. Çünki o, evi alan kimi satışa qoymuşdu. Biz bunun qarşısını almışdıq. Bu baxımdan ondan da şübhələnirik. Məhkəmədə “niyə evi alan kimi satışa qoymusan?” sualına cavab verə bilmədi. Bu şəxsin son 4-5 ildə adına 170 əməliyyat var. 35 ev alıb- satıb. 

Hazırda evsiz qalan vətəndaş deyir ki, Əli Mahmudlu və Mursəl Mahmudov adlı şəxslərin də  mənzilləri Rauf Kazımov və daha sonra başqa adamlar tərəfindən satılıb: “Bu adamların da evini ilk Rauf satıb, ancaq fərqli adamlara. Zərəçəkən şəxslər ilk məhkəmədə uduzsalar da, işlərini Apellyasiyaya verərək qərarı lehinə döndərə bildilər. Ancaq bizdə bu cür olmadı. Bizim tək ümidimiz Ali Məhkəmədir. Müraciət edəcəyik, istəyirik ki, ev problemimiz üçün ədalətli qərar verilsin. Əgər Ali Məhkəmədə də qərar əleyhimizə olsa, bu zaman çox pis vəziyyətə düşəcəyik. Çünki bu, çox ciddi bir məsələdir. Nə qədər bu məsələyə ədalətli qərar verilməsə, Rauf kimi insanların dələduzluğu da davam edəcək”.

Fotoda: Azər Həsənov

Məsələni aydınlaşdırmaq və insanların bu kimi hallarda nə etməli olduqlarını aydınlaşdırmaq üçün mülki vəkil Pərviz Məmmədovla əlaqə saxladıq. Hüquqşünasın sözlərinə görə, evi son dəfə alan şəxsin bu haldan xəbərinin olmaması normaldır: “Bu kimi hallarda ev onda qala bilər. Evi alan şəxs özündən əvvəlki prosedurların istintaqını aparmayacaq. Reyesterin dövlət tərəfindən aparılmasında məqsəd də odur ki, onun etibarlılığı var. Əgər şəxs bilmirsə, evi geri qaytarmır. Ancaq evi satan və alan şəxslər əlbir olublarsa, bu, birbaşa cinayət yolu ilə əldə olunmuş əmlakdır, geri qaytarılmalıdır. Lakin bununla bağlı məhkəməyə sübutlar, dəlillər təqdim edilməlidir. Ola bilsin ki, şəxslər məhkəmədə sübutları düzgün təqdim etməyib. Əgər sübut varsa, buna hüquqi qiymət verilir. Zərərçəkən şəxs evini ilk dəfə cinayət yolu ilə satan adama evin dəyəri həcmində zərər tələbi də qaldıra bilər. Yəni, evin əsl sahibinin ona dəymiş zərəri tələb edərək haqqını geri qaytarmağı mümkündür”. 

Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə sorğu ünvanladıq. Məhkəmədən sorğumuza cavab olaraq bildirildi ki, iş materiallarında olan sübutlara əsasən, Əmrahov Dəyanət Samiq oğlu və Həsənov Azər Mütəllim oğlunun əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının həmin şəxslərə məlum olması müəyyən edilmir: “Məhkəmə əqdlərin etibarsızlığı qənaətinə gəlsə də, həmin şəxslər tərəfindən əmlakla bağlı üçüncü şəxslərin iddiasını mövcudluğundan hansı formada məlumatlı ola bilməsinin mümkünlüyünü əsaslandırmayıb.

Apellyasiya instansiyasında məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılaraq cavabdeh, həmçinin, cinayət işi üzrə təqsirləndirilən şəxs olan Kazımov Rauf Cəfəroviç məhkəmə iclasına gətirələrək dindirilib, həmin şəxs isə izahatında Əmrahov Dəyanət Samiq oğlu və Həsənov Azər Mütəllim oğlunu, ümumiyyətlə, tanımadığını, bu şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirib.

Dəyanət Əmrahov əmlakı əldə edərək üzərində mülkiyyət hüququnu qeydə aldırdıqdan sonra əmlak 4 ay 16 gün onun mülkiyyətində olub, bundan sonra mənzili Həsənov Azər Mütəllim oğluna satıb. Eyni zamanda qeyd edirik ki, qərardan narazı qalan şəxslər kassasiya şikayəti verə bilərlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri