Icma.az
close
up
RU
“O məktub Putinin İlham Əliyevlə görüşündəki mövqeyinə ziddir”

“O məktub Putinin İlham Əliyevlə görüşündəki mövqeyinə ziddir”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya İstintaq Komitəsi yayılan məktubun həqiqiliyinə dair mövqe bildirməlidir. Sosial şəbəkələrdə yayılan məktub reallığı təhrif edir və Rusiya dövlət başçısının mövqeyi ilə üst-üstə düşmür. Əks təqdirdə görünən odur ki, Rusiya İstintaq Komitəsi Kremldən daha geniş səlahiyyətlərə malik qurum iddiasında çıxış edir”.

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Deputatın sözlərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Bastrikinin özbaşınalığı Prezident Putinin mövqeyinə açıq-aşkar sayğısızlıqdır və onun hansı siyasi ambisiyalarda olduğunu göstərir: “Kremlə meydan oxumaqla cənab Bastrikin hansı mesajı verir? Bastrikinin imzaladığı məktubun məzmunu Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə cari ilin oktyabr ayının 9-da Düşənbədə keçirilən görüşündə açıqladığı rəsmi mövqe ilə açıq şəkildə zidd olduğuna faktlar əsasında diqqət edək. Belə ki, Prezident Putin AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya Federasiyasının hava məkanında Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf edib. Belə ki, Prezident Putin görüşə “daha həssas mövzu - bizim (yəni Rusiyanın) hava məkanında baş verən aviasiya faciəsi ilə” başlayıb və “faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr” istəməsini təkralamışdı. İstintaqa hər cür köməklik etdiklərini və istintaqın başa çatmaq üzrə olduğu qeyd edilmişdi. “Faciənin, qəzanın səbəbləri barədə” danışan Rusiya dövlət başçısı təyyarəmizin vurulmasını “Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olması” formasında etiraf edib. O bildirdi ki, iki raket buraxılıb və “ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə... Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”.

Belə açıqlmadan sonra ötən il yayılmış cəfəng quşla toqquşma iddiasından sonra hava şəraitinin qəza səbəbi kimi gündəmə gətirilməsi və istintaqa xitam verilməsi absurddur, heç bir məntiqə sığmır”.

R.Nəbiyev vurğulayıb ki, əgər məsələ Rusiya-Azərbaycan ikitərəfli formatında həllini tapmazsa, beynəlxalq hüquq çərçivəsində məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan malik olduğu müxtəlif hüquqi alətləri işə salacaq: “Azərbaycan tərəfinin haqlı tələbləri beynəlxalq hava hüququnun prinsipləri, beynəlxalq mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəldilmiş qeyri-qanuni aktlarla mübarizə haqqında və Rusiya Federasiyası ilə hava əlaqəsi haqqında ikitərəfli müqavilədən irəli gələn hüquqi bazanın şərtləri ilə tam əsasladır”.

Deputat Prezident İlham Əliyevin dekabrın 22-də Sankt-Peterburqda baş tutan Zirvə görüşündə iştirak etməməyinə də münasibət bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlarımızın təminini həmişə və hər yerdə bütün məsələlərdən öndə saxlayır. Bu ali məram üçün də həm ikitərəfli, həm də çoxtərəfli platformalarda mümkün siyasi-diplomatik səylərlə apardığı mübarizənin dəfələrlə şahidi olmuşuq. Bu kontekstdə Prezident İlham Əliyevin Sank-Peterburqda dekabrın 22-də baş tutan MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iş qrafikinin sıxlığına görə iştirak etməməsi diqqəti cəlb edir.

Bəzən verilən rəsmi mətbuat açıqlamalarında yer alan diplomatik ifadələrin, izahatların həmin ərəfədə baş verən hadisələrin kontekstində şərhinə diqqət yetirmək lazımdır. Yəni mətbuat açıqlamasının məzmununu mətnlə yanaşı mövcud şəraitdə, cərəyan edən hadisələrdə axtarmaq lazımdır. Diplomatiyada heç də həmişə hər şeyi birbaşa adı ilə ifadə etmirlər və müasir beynəlxalq münasibətlər tarixində, ikitərəfli siyasi münasibətlərdə buna aid saysız-hesabsız nümunələr mövcuddur”.

Qeyd edək ki, dünən teleqram kanallarında Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən və Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktubun görüntüləri yayılıb. Məktubda bildirilib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məsələ ilə bağlı cinayət işinə xitam verib. Məktubda AZAL-a məxsus təyyarənin Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməməsi, daha sonra eniş zamanı yerə çırpılması öz əksini tapıb. Bu əsasda cinayət işinə xitam verilib.

Nuranə Daxilqızı



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:306
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri