Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

O olmasın, bu olsun Peşəni yox, qrupu sevənlərin həyat kəsiri

O olmasın, bu olsun Peşəni yox, qrupu sevənlərin həyat kəsiri

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Son illər universitetlərə qəbulda kimya və biologiya müəllimliyi ixtisası üzrə keçid ballarının aşağı düşdüyü müşahidə edilir. Başqa fənlər üzrə müəllimlik ixtisaslarında keçid ballarının artdığı bir şəraitdə baş verən tendensiya nədən qaynaqlanır?

Ötən tədris ilində keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları bəzi ixtisaslar üzrə 150-200 bal təşkil edib. IV ixtisas qrupu üzrə 200 və daha az keçid balı olan ixtisasların siyahısında kimya və biologiya müəllimliyi ixtisasının da yer alması bir qədər suallar doğurur. Bakıdakı dövlət və özəl ali təhsil müəssisələrində, o cümlədən regionların ali məktəblərində və ali məktəblərin filiallarında qeyd edilən keçid balının nəticəsi ölkə üzrə bu ixtisasa son illər kəskin dəyişən münasibəti nümayiş etdirir.

Səbəb nədir? Kimya-biologiya müəllimliyinə maraq azalıb? Ya müasir əmək bazarında bu ixtisasa yer qalmayıb?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Qəbul planının çoxluğu keçid ballarını aşağı salır

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı kimya və biologiya müəllimliyi ixtisası üzrə keçid balının azlığını bu ixtisaslara marağın azalması ilə deyil, qəbul planının çoxluğu ilə əlaqələndirir: "Maraq azalmayıb, qəbul çoxdur. Qəbul çox olanda adamlar müxtəlif ballarla qəbul olurlar. Bir var bir ixtisasa yüz, bir var min adam qəbul edəsən. Təbii ki, min adam qəbul edəndə o istiqamətdə hər cür ballar olur. Bu o demək deyil ki, kimya-biologiyaya güclü uşaqlar getmir, əksinə, kifayət qədər gedirlər, sadəcə qəbul planı çox olduğu üçün keçid balını belə qərarlaşdırırlar".

Həkim olmaq istəyənlər müəllimliyi seçmirlər

Bakı şəhər 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tabeliyində olan Gənc Biologiya Müəllimləri Birliyinin sədri Lətifə Mustafayeva hesab edir ki, abituriyentlərin əksəriyyəti ixtisas deyil, qrup seçir: "Gələcəkdə kim, hansı peşə sahibi olmaq istəyirsiniz?" - deyə soruşduqda sadəcə, "qrup" deyirlər. Məsələn, mən I və ya II qrupa sənəd verirəm. Lakin IV qrupa sənəd verən abituriyentlər dəqiq bilirlər ki, həkim olmaq istəyirlər. Bu baxımdan, onlar kimya, biologiya müəllimliyi ixtisasını yazmırlar. Bu səbəbdən yüksək bal yığmış şagirdlər həkim olur, 400+ yığanlar isə yalnız həkimlik seçdikləri üçün həmin ixtisaslara düşmür. Nəticədə kimya, biologiya müəllimliyi ixtisasına seçim azalır". L.Mustafayeva qeyd edir ki, kimya-biologiya texniki fənn olduğu üçün həm olduqca maraqlı, həm də çətindir: "Bu baxımdan, şagirdlər çətinlik səviyyəsi daha asan fənlər daxil olan qruplara meyl edirlər. Kimya fənni I qrupda da yer alıb. Bu qrupda isə informatika fənninin daxil edilməsi kimyanın seçiminin azalmasına səbəb ola bilər". L.Mustafayevanın sözlərinə görə, müəllimlik peşəsinə maraq azalmayıb, sadəcə, IV qrupu seçən şagirdlərin əsas məqsədi həkim olmaqdır: "Onlar kəsilsələr belə yenə imtahan verib həkim olmaq istəyirlər. Hətta ikinci şans imtahanında da yenidən həkim olmaq üçün cəhd edirlər".

Kimya-informatika rəqabəti

"DİM tərəfindən keçirilən imtahanlarda I qrup üzrə fənlərə kimya ilə yanaşı, informatika fənni də daxil edilib. Bu isə şagirdlərin seçimindən asılıdır. Yəni şagird kimyanı seçərək kimyayönümlü, informatikanı seçərək informatikayönümlü ixtisaslara yönələ bilər", - deyə Bakı şəhəri 215 nömrəli tam orta məktəbin kimya müəllimi, AGMA-nın tabeliyində olan Gənc Kimya Müəllimləri Birliyinin sədri Vəfa Kərimli bildirir: "Amma müşahidələrimiz göstərir ki, son illərdəki tələbatı nəzərə alaraq I ixtisas qrupunda kimyanı seçənlərin sayı son 3 ildə kifayət qədər azalıb və xüsusilə istedadlı şagirdlər informatikayönümlü ixtisasları seçirlər. Ona görə də balların kəskin aşağı düşməsi müşahidə olunur. Çünki rəqabət azalıb. Yüksək bal yığan şagirdlər informatika fənninə yönəlir, beləliklə, kimyada rəqabət yoxdur. IV qrup fənləri içərisində kimya və biologiya fənləri yer alıb. Şagirdlərin əsas arqumenti odur ki, bu qrup fənləri olduqca çətindir. "Biz eyni anda bir neçə dəqiq fənni mənimsəməli, biologiyanı öyrənməliyik", - deyirlər. Bu baxımdan, IV qrup imtahanlarının çətinliyini əsas götürərək və Tibb Universitetinə keçid balının yüksəkliyini nəzərə alaraq bu ixtisasları seçən şagirdlərin də sayı nisbətən azdır".

Fənlərin çoxluğu və çətinliyi

Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin biologiya müəllimi Umud Məmmədov kimya və biologiya müəllimliyi ixtisası üzrə keçid balının 200 olmasını fənlərə olan marağın azalması ilə deyil, əsasən IV qrupda olan fənlərin ağır olması ilə əlaqələndirir: "Bu qrupda üç buraxılış, üç blok fənni var. IV qrupu seçənlər daha çox Tibb Universitetində oxumaq istəyənlərdir. Kimya və biologiya fənni də yalnız bu qrupda olduğuna görə, keçid balını aşağı salırlar ki, ən azı zəif uşaqlar "biz hazırlaşıb ora qəbul ola bilərik", - deyə seçsinlər. I-III qruplarda isə ixtisas seçimləri çoxdur. Şagirdlər daha çox digər qruplara meyl etdiyindən bu ixtisaslar üzrə balları aşağı salırlar. IV qrupda ixtisaslar çox olsaydı, abituriyentlərin sayı daha da çox olardı. Bu qrupda həm ixtisas azdır, həm altı fənn olduğuna, həm də çətinliyinə görə müəllim olmaq istəyənlər beş fənn olan qrupları seçirlər".

Oynayan keçid balları

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov deyir ki, bizdə keçid balları oynayır. Əsas diqqət universitetlərin qəbul planının dolmasına yönəlir. Ekspert bildirir ki, IV qrup üzrə hazırlaşan abituriyentlərin 99 faizi Tibb Universitetinə daxil olmaq istədiyi üçün kimya-biologiya müəllimliyi ixtisası üzrə ballar aşağıdır: "Kimya-biologiya üzrə hazırlaşanlar sırf müəllim olmaq üçün bu ixtisası seçmirlər. Özünüz bilirsiniz ki, repetitor yanına getmək hansı qiymətə başa gəlir. Bu fənlər üzrə hazırlaşanlar, yəni xərc çəkənlər Tibb Universitetinə yönəlirlər. Ona görə də kimya-biologiya müəllimliyi ixtisası üzrə sənəd az verildiyindən keçid balları aşağı düşür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 May 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see14020

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see813

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see274

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see183

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see156

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see132

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see130

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see128

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri