Icma.az
close
up
RU
“O qanuna bir bəndin daxil edilməsi zəhmətdir?” Şəhid xanımından maraqlı təklif

“O qanuna bir bəndin daxil edilməsi zəhmətdir?” Şəhid xanımından maraqlı təklif

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızı dərin ehtiramla yad edirik. Anım günündə uzun müddətdir bizi narahat edən və şəhid ailələri üçün önəmli olan bir problemin həlli barəsində yazmaq istəyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova social şəbəkə hesabında yazıb:

“Qardaş ölkə Türkiyədə dünən şəhid ailələri üçün əlamətdar bir gün idi. Ailə və Sosial Xidmətlər Nazirliyi 630 nəfər şəhid ailə üzvlərinin dövlət qulluğuna təhsilinə uyğun olaraq növbəti, müsabiqədənkənar işlə təmini prosesinin nəticələrini açıqladı.

Dövlət başçısı və nazirin iştirakı ilə keçirilən tədbirdə şəhid övladları, xanımları, yaxınları dövlət qulluğunda imtahansız işlə təmin hüququndan yararlandılar”.

S.Orucova qeyd edib ki, bu günə qədər Türkiyədə 52000 şəhid ailə üzvü bu hüquqdan yararlanıb:

“Bizim dövlətimizdə də şəhid ailələrinə sosial dəstək proqramları davamlı formada reallaşdırılır.

Şəhid xanımı qeyd edib ki, bir təhsilli şəhid övladına ən böyük dəstək onun ali təhsilini bitirdikdən sonra özünü, ailəsini və gələcəyini təmin edəcək səviyyədə işlə təmin olunmasıdır:

“Təəssüf ki, dəfələrlə yüksək aidiyyəti qurumlara müraciətimizə baxmayaraq qanunvericilikdə belə bir üstünlüyün olmadığını əsas gətirərək rədd cavabı veriblər.

Məgər “Dövlət qulluğu haqqında” Qanuna belə bir bəndin daxil edilməsi çoxmu zəhmət verir? Bu övladlar 23 yaşına çatan kimi atalarının təqaüdündən məhrum olurlar. Atasız, gənc bir övladın bizim cəmiyyətimizdə gələcəyini qurması üçün hansı dəstəyi göstəririk? Niyə biz tək-tək CV-ləri aidiyyəti qurumlara göndərib dəfələrlə xahiş etməliyik ki? Bu hüquq qanunvericilikdə norma halını alsa, o övladların da gələcəyi təmin olunar. Bu ölkədə ən böyük haqq sahibi şəhid övladlarıdır. Onlara dayanıqlı, etibarlı, layiqli gələcək bəxş edək.

Ümid edirəm ki, aidiyyəti qurumlar Türkiyənin bu dayanıqlı təcrübəsindən yararlanaraq bizə dəstək göstərəcəklər. Artıq övladlarımız ali təhsil alır, təhsillərini başa vurub normal iş axtarırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri