“O torpaqlar əsl Azərbaycan torpaqlarıdır”
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“Bir neçə gün öncə Fransanın Ermənistandakı səfiri Olivye Dekoti sosial şəbəkədə Qərbi Azərbaycan haqqında bir paylaşım edib. Bu paylaşımda, guya Qərbi Azərbaycanın Ermənistan ərazisində olmadığını vurğulayıb. Səfir Olivye Dekotinin diqqətinə Fransanın paytaxtı Parisdə 20-ci əsirin əvvəlində baş vermiş Parıs sülh konfransını çatdırmaq istərdim”.
Bu sözləri xalqcəbhəsi.az-a politoloq Elman Telmanoğlu söyləyib.
O qeyd edib ki, “Ermənistan” dövləti yarananda onun ərazisi Batumi sazişinə əsasən 9800 km² idi: “İndi isə bu ərazi 29,743 km². Xəritədə indiki Ermənistan adlanan qədim İrəvan torpağı Şimali Azərbaycanın qərb hissəsinə düşür. Demək ki, o torpaqlar elə əsl Azərbaycan torpaqlarıdır, yəni Qərbi Azərbaycan torpaqları!
Sənə isə, O.Dekoti, öz tarixinlə yanaşı, xəritəni və cəhətləri də öyrənməyi məsləhət görürük”.
Baxış sayı:84
Bu xəbər 27 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















