Icma.az
close
up
RU
O vaxt partlayışdan əvvəl Çernobıl səmasında dəhşətli bir məxluq görünüb..?

O vaxt partlayışdan əvvəl Çernobıl səmasında dəhşətli bir məxluq görünüb..?

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Arxeoloq Robert Maksvell, işçilərin ifadələrinə istinadən, fəlakətdən qısa müddət əvvəl elektrik stansiyasının üzərində nəhəng qanadları olan tünd, başsız bir məxluqun fırlandığını bildirib...

...Gərək ki, o dövrdə tez-tez nümayiş etdirilən “Zolaqlıların səfəri” filmində rusiyalı aktyor Yevgeni Leonovun dilindən deyilir bu: “Xotite verite, xotite net”, yəni “İstəyirsiniz inanın, istəmirsiniz yox”...

...Deməli, ötən gün, 26 aprel 1986-cı ildə, yəni 40 il əvvəl Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş verən fəlakət çoxsaylı şayiələrin və əfsanələrin mövzusuna çevrilib.

SİA-nın əldə etdiyi məlumata gör, Britaniyanın “Daily Star” onlayn portalı Ukraynadakı təcrid zonasını dəfələrlə ziyarət etmiş arxeoloq Robert Maksvellin hesabatını dərc edib.

Onun sözlərinə görə, işçilər ona reaktor partlamazdan bir müddət əvvəl idarəetmə otağındakı bir neçə nəfərin Çernobıl Atom Elektrik Stansiyasının üzərindəki səmada nəhəng qanadları və parlayan gözləri olan iyrənc, başsız qara məxluq gördüyünü deyiblər.

Yerli sakinlər onu “Çernobılın qara quşu” adlandırıblar və bu bədheybətin fəlakət xəbərçisi olduğuna əmindirlər.

Alim deyir ki, işçilər tərəfindən təsvir edilən fövqəltəbii varlıq, Amerika şəhər əfsanəsindəki Mothman-a heyrətamiz dərəcədə bənzəyir. Onun görünüşü, guya, yaxınlaşan fəlakətli hadisəni xəbər verir.

Mifologiyada o, insan və quşun hibridi kimi təsvir olunur, lakin normal insanlardan daha böyük, boz rəngdə, parlayan qırmızı gözləri və təxminən üç metr qanadları var. İlk dəfə 1967-ci ildə, Gümüş körpünün dağılmasından bir az əvvəl, ABŞ-da, Qərbi Virciniyada görülüb.

...Deməli, bu fəlakət 46 nəfərin həyatına son qoyub.

...Bir daha xatırladaq ki, əfsanəyə görə, 26 aprel 1986-cı il tarixinə qədər olan günlərdə idarəetmə otağındakı bir çox insan Çernobıl səmasında fövqəltəbii bir varlıq görüb. Onlar həmçinin partlayışdan bir az əvvəl bu dəhşətli varlığı gördüklərini iddia ediblər. Çernobıl Atom Elektrik Stansiyasının işçiləri qəribə oxşar təcrübələri bölüşüblər; bəziləri kabuslar görürdü, bəziləri isə təhdidedici telefon zəngləri alırdılar,

Maksvel etiraf edir ki, bu mistik hadisələrin şahidlərindən heç biri ilə görüşə bilməyib, çünki onlar artıq ölümcül dozada radiasiyadan ölmüşdülər.

Buna baxmayaraq, Ukraynada “Çernobılın qara quşu” əfsanəsi hələ də yaşayır.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Aprel 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri