Icma.az
close
up
RU
O yağın təmiz, yoxsa saxta olduğunu laboratoriya da aydınlaşdıra bilmir İlginc detallar

O yağın təmiz, yoxsa saxta olduğunu laboratoriya da aydınlaşdıra bilmir İlginc detallar

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən Bərdə Ticarət ASC-yə məxsus bazarda yoxlama keçirib. Baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.

Mövzu ilə bağlı Bakupost.az -a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, nehrə yağı adı altında alıcılara təklif olunan məhsul vaxtı keçmiş bitki yağlarının qarışığından hazırlanır:

“Bu gün ölkənin əmtəə bazarında satışda olan nehrə yağları əsasən, alt süddən hazırlanır. "Alt süd" dediyimiz isə təmiz südün qaymağının altında qalan üzsüz südə deyilir. Hansı ki onun 94 faizi sudan ibarət olur. İçərisinə də ən ucuz, vaxtı keçmiş və atılmalı olan marqarinləri atıb qarışdırırlar. Bu yolla hazırlanan yağlar bazara gətirilir və şəhər əhalisi buna aldanır. Bu yağlar kustar üsulla hazırlanır. Üzlü südü sərəndə ondan qaymaq əmələ gəlir. Bu qaymağı da yığanda ondan yağ əmələ gəlir. 20 litr südün qaymağından 1 kilo yağ əldə olunur. Qaymaqdan qalanın da 94 faizi sudur, qalanı da süd qalıqları. Bu yağı hazırlayan şəxslər ən ucuz marqarinləri, donmuş bitki yağlarını alaraq bu qarışıma tökür və qaynadırlar. Lakin nə qədər qaynatsalar da, yağ ilə süd qarışmır. Bundan sonra isə həmin mayeni homalizator deyilən aparata tökürlər. Aparat həmin qarışımı bircinsli məhlula çevirir. Bu, kərə yağına bənzəyir. Əgər biz bu yağı laboratoriyaya versək, laboratoriya da bilməyəcək ki, bu yağ bitki yağıdır, ya təmiz yağdır. Çünki laboratoriya həmin yağda süd turşularını axtaracaq və bu turşular da həmin yağlarda var. Beləcə transyağların qarışımı olan və əhalinin aldanıb aldığı "nehrə yağı" ortaya çıxır”.

Sevinc,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri