Icma.az
close
up
RU
“O ziyalılar anlamışdılar ki, bir əqidə ətrafında birləşməsələr Bakıda salamat qalıb öz fəaliyyətlərini davam etdirə bilməyəcəklər...”

“O ziyalılar anlamışdılar ki, bir əqidə ətrafında birləşməsələr Bakıda salamat qalıb öz fəaliyyətlərini davam etdirə bilməyəcəklər...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“O dövrdə Bakıda hakimiyyəti ələ alan bolşevik cildli daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi və Azərbaycan xalqına açıq düşmən mövqe sərgiləyən Bakı Sovetinə qarşı müqavimət göstərən, demək olar ki, yeganə orqan məhz Fətəli xanın rəhbəri olduğu Bakı Şəhər Dövlət Duması idi...”

“Fətəli Xan Xoyskinin Azərbaycanın müstəqilliyi naminə siyasi fəaliyyəti 1917-ci ildə Rusiyada Çar mütləqiyyətinin devrilməsindən sonra daha çox üzə çıxdı. Mütləqiyyətin devrilməsindən sonra Azərbaycanda Müsəlman Milli Şuraları yaradılmışdı. Bu Müsəlman Milli Şuralarının Müvəqqəti İcraiyyə Komitəsinə üzv seçilən şəxslərdən biri də məhz Fətəli Xan Xoyski idi. Və o, Gəncədə Müsəlman Milli Şurasının fəal üzvü olmuşdu. Bir qədər sonra o, Azərbaycan Milli Hərəkatında çox əhəmiyyətli yer tutan 1917-ci ilin aprel ayının 15-20-də çağırılmış Bakıda Qafqaz Müsəlmanlarının Qurultayında yaxından iştirak etmiş və orada Azərbaycan Milli Hərəkatı üçün önəmli qərarlar qəbul edilməsində də fəal rol oynamışdı.”

Bunu Moderator.az-a açıqlamasında bu günlərdə ölkə başçısı İlham Əliyev tərəfindən 150 illiyinin keçirilməsi haqqında Sərəncam imzalanmış müstəqil və demokratik Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri olmuş Fətəli xan Xoyskinin həyat və siyasi fəaliyyətinin əsas məqamlarından danışarkən tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz söyləyib. 

“Sonradan Xoyski Bakıda şəhər Dövlət Dumasına seçkilər keçirilərkən Müsəlman Milli Şurasının üzvü kimi fəal iştirak etmiş və təsadüfi deyil ki, o həm də şəhər  Dövlət Dumasının sədri seçilmişdi. Və o dövrdə Bakıda hakimiyyəti ələ alan bolşevik cildli daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi və Azərbaycan xalqına açıq düşmən mövqe sərgiləyən Bakı Sovetinə qarşı müqavimət göstərən, demək olar ki, yeganə orqan məhz Fətəli xanın rəhbəri olduğu Bakı Şəhər Dövlət Duması idi. Bu vəzifədə də onun milli mövqedə olduğunu və Azərbaycan xalqının qarşısında duran vəzifələri yerinə yetirmək istiqamətində çox ardıcıl, düzgün və məqsədyönlü fəaliyyət göstərdiyini görürük. Bu baxımdan da deyə bilərik ki, Fətəli Xan Xoyskinin  bir siyasi xadim kimi formalaşmasına, heç şübhəsiz, 1917-ci ildə Azərbaycanda, xüsusən Bakı şəhərində terrorçu “Daşnaksütyun” partiyasının, bolşeviklərin, eser və menşeviklərin anti-Azərbaycan siyasəti aparması da  öz təkanverici təsirini göstərmişdi. Və o dövrdə Müsəlman Milli Şurasında müxtəlif görüşlərə sahib olan ziyalılar anlamışdılar ki, bütün qüvvələrini cəmləməsələr, bir şuar ətrafında, bir əqidə, bir iman ətrafında birləşməsələr,  Bakı şəhərində salamat qalıb öz fəaliyyətlərini davam etdirə bilməyəcəklər. Bax, bu gerçəkliyi dərk edən və belə bir mürəkkəb şəraitdə müstəqil dövlətçilik əldə etmək istiqamətində mümkün fəaliyyət göstərən Azərbaycan milli hərəkatının liderlərindən biri də Fətəli Xan Xoyski oldu”, - deyə davamında tarixçi alim bildirib.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri