Icma.az
close
up
RU
Obrazlarının fikirləri həbs qoxuyan yazıçı 20 Yanvar faciəsində Yusif Səmədoğlu hansı addımı atmışdı?

Obrazlarının fikirləri həbs qoxuyan yazıçı 20 Yanvar faciəsində Yusif Səmədoğlu hansı addımı atmışdı?

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

16 avqust Xalq yazıçısı Yusif Səmədoğlunun anım günüdür.

Kulis.az bu münasibətlə Elnarə Qaragözovanın "Sözün Yusifi ...Yusifin sözü" yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatı tarixinə özünəməxsus zirvə imza kimi daxil olan Yusif Səmədoğlu yaradıcılığı ilə həm ideya, həm mövzu, həm də üslub baxımından müstəqillik dövrü Azərbaycan nəsrinin demiurqu mövqeyindədir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilkin rüşeymlərini öz əsərlərində əks etdirən ədiblərdən biri olan Yusif Səmədoğlunun yaradıcılığı yeni dövrün yeni ədəbi mühitində fərqli mövzu axtarışlarına stimul vermişdir.

Yusif Səmədoğlunun yaradıcılığında milli və ümumbəşəri dəyərlər, ədəbi-bədii arxetiplər və stereotiplər Azərbaycan oxucusunun milli dəyərlərinə uyğun, orijinal üslubda təqdim olunur və bütün bu məqamlar milli kimlik, xalqın mədəni irsi və tarixi keçmişi kimi məsələləri ön plana çıxarmaq, vurğulamaq kimi ali bir məqsədə xidmət edir.

Yaradıcılığının böyük bir hissəsi sovet dövrünə təsadüf edən Yusif Səmədoğlu həmin dövrdə yaratdığı əsərlərində belə sosialist realizminin sərhədlərini aşaraq dərin psixoloji və fəlsəfi motivlərə yer verirdi.

Altmışıncılar nəsrinin sosrealizmin qəfəsindən çıxmağa cəhd edərək dağıtmağa çalışdığı sxematik sovet insanı anlayışına Yusif Səmədoğlu özünəməxsus tərzdə yanaşır.

Onun əsərlərinin qəhrəmanları canlı-qanlı, özünəməxsus, hətta bəzən deyilməsi qadağan olanı deyən, düşünülməsi belə "həbs qoxuyan" fikirləri cəsarətlə önə çıxaran obrazlardır. Məhz sadə olduqları qədər mürəkkəb olan bu obrazlar Yusif Səmədoğlu nəsrinin təkrarsızlığını təmin edir.

Yusif Səmədoğlunun sovet ideologiyasına, sovet müstəmləkə zülmünə etirazı yalnız bədii yaradıcılığı ilə məhdudlaşmırdı. Yusif Səmədoğlu milli dirçəliş, azadlıq mübarizəmizin ön sıralarında yer alan bir ziyalı kimi də ictimai-siyasi tariximizdə iz qoyan şəxsiyyətlərdəndir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının hərbi hissələri Bakıda kütləvi qırğın törətdi. Bu dəhşət, azadlığa vurulan zərbə Yusif Səmədoğlunu həm bir insan, bir vətəndaş, həm də bir ziyalı kimi dərindən sarsıtdı.

Azadlıq meydanında xalqın yanında dayanan və azadlıq mübarizəsinin məşəlini daşıyan ziyalılardan olan Yusif Səmədoğlu bu vəhşiliklə bağlı gerçəkləri "Azadlıq" radiosu vasitəsilə beynəlxalq ictimaiyyətə çatdıraraq, tariximiz və vətənimiz qarşısında bir ziyalı kimi müstəsna xidmət göstərdi.

Ümummilli lider Heydər Əliyev, ədibin 60 illik yubileyində çıxış edərkən, Yusif Səmədoğlunun bu müsahibəsinin əhəmiyyətini vurğulayaraq bildirmişdir: "O vaxt - yanvarın 20-də mən çox həyəcan içində idim. "Azadlıq" radiostansiyasının verilişlərini tutdum və o verilişlərdən Azərbaycanda olan vəziyyəti özüm üçün müəyyən qədər aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi ilə - yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər.

O, Sovetlər İttifaqının böyük qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına telefonla nə qədər həyəcan hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən bunları "Azadlıq" radiostansiyasından Yusifin səsi ilə özüm eşitdim... Güman edirəm ki, təkcə bu yox, - bu sadəcə mənim şəxsən hiss etdiyim bir hadisədir, haldır, - ancaq Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olubdur..."

Bu müsahibə Yusif Səmədoğlunun yalnız milli ziyalı kimliyinin təzahürü kimi deyil, eyni zamanda xalqımızın tarixi yaddaşında mühüm yer tutan bir sənəd olaraq da qiymətləndirilməlidir. Həmin günlərdə bir ziyalı kimi xalqın yanında olmaq, onun acılarına, göz yaşlarına ortaq olmaq yüz illər boyu çətin sınaqlara qarşı varlığını qoruyan bir millətin iradəsinə sayğının ən gözəl təcəssümüdür.

Yusif Səmədoğlunun parlaq ədəbi, ictimai fəaliyyəti ədibin sağlığında yüksək qiymətləndirilmiş, yazıçı "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına (30 iyul 1979), "Şöhrət" ordeninə (19 dekabr 1995), "Azərbaycan Respublikasının Xalq yazıçısı" fəxri adına (23 may 1998) layiq görülmüşdür. Sağlığında "220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitabları nəşr olunan yazıçı "Dostluq məşəli" (film, 1965), "Səməd Vurğun" (film, 1966), "Cəlil Məmmədquluzadə" (film, 1966), "Göllərin tacı" (film, 1966), "Monrealda Azərbaycan günü" (film, 1967), "Polşada Azərbaycan günləri" (film, 1970), "Yeddi oğul istərəm…" (film, 1970), "Foto "Fantaziya" "(film, 1970), "Azərbaycan SSR" (film, 1971), "Çiçək yağışı" (film, 1971), "Səmt küləyi" (film, 1973), "Axırıncı maqın sonu" (film, 1974), "Azərbaycan teatrının 100 illiyi" (film, 1974), "Qətl günü" (film, 1990) kimi filmlərdə də öz imzasını, "Yusif Səmədoğlu dəst-xəttini" qoyaraq Azərbaycan filmoqrafiyası tarixinə də müstəsna xidmət göstərmişdir.

Azərbaycan nəsrinin inkişafı kontekstində Yusif Səmədoğlunun yaradıcılığı mühüm mövqeyə malikdir.

Yazıçının yaradıcılığının əsas hissəsinin təsadüf etdiyi XX əsr Azərbaycan ədəbiyyatı üçün bütün aspektlərdə həlledici, zəngin bir etap kimi ədəbiyyat tariximizə daxil olmuşdur.

Həmin dövrün ədəbi prosesində mühüm imzalardan biri olan Yusif Səmədoğlunun əsərləri fərqli aurası, kompozisiyası və üslubu ilə seçilirdi.

Yusif Səmədoğlunun nəsri süjet xəttinin, bədii konfliktin transformasiyalarının, fərqli poetik fiqurların, priyomların, arxetiplərin, xronotopun tədqiqi baxımından zəngin bədii mənbədir.

Dövrünün ictimai-siyasi həyatında fəal iştirak edən ədibin əsərlərindən millilik, azərbaycançılıq qırmızı xətt kimi keçir. Bu əsərlərin yazılmasından keçən dövrdə mühüm ədəbi-mədəni, ictimai-siyasi dəyişikliklər baş vermişdir. Lakin Yusif Səmədoğlunun qəhrəmanları milli kolorit baxımından zəngin olduqları üçün bu gün də müasir səslənir, gələcəyə doğru yol gedir.

Yusif Səmədoğlu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının formalaşmasına mühüm təsir göstərən yazıçılardan biridir. Onun "Qətl günü" və yarımçıq qalan "Deyilənlər gəldi başa" romanları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının qidalandığı əsas mənbələrdən biri olmuşdur.

Yusif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində tədqiqinə geniş üfüqlər açır.

Millilikdən, azərbaycançılıq ideologiyasından yoğrulmuş bu əsərlərin xarici ölkələrdə təbliği ədəbiyyatımızın, mənəvi sərvətimizin dünya kontekstində tanıdılmasında mühüm addımlardan biri ola bilər.

“Çarpıntı”nın çəkilişləri başladı "Bəxtiyar Vahabzadə onun cibinə 25 manat qoyub dedi ki..." - Həmin gecə nə baş vermişdi? Sakit okeanın dibində “sarı kərpicli yol” tapıldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see6396

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see259

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see245

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see224

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see194

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see166

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see154

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see152

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see151

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see137

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see133

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see128

Laporta Messinin kluba qayıda biləcəyini açıqladı

14 Noyabr 2025 20:23see124

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see123

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see122

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri