Icma.az
close
up
RU
Öcalanın çağırışı Orta Şərq təhlükəsizlik sisteminin bir parçasıdır, yoxsa PKK daxilində müstəqil təşəbbüs TƏHLİL

Öcalanın çağırışı Orta Şərq təhlükəsizlik sisteminin bir parçasıdır, yoxsa PKK daxilində müstəqil təşəbbüs TƏHLİL

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına gözlənilən çağırışı edib.

Öcalan terror təşkilatına tərk-silah çağırışında bildirib:

“PKK tarixin ən şiddətli əsri olan 20-ci əsrdə, yəni iki dünya müharibəsi olan, real-sosializm və bütün dünyada yaşanan soyuq müharibə mühiti, kürd reallığının inkarı, başda ifadə azadlıqları qadağalarının olduğu bir zamanda yaradılıb. Bu “nəzəriyyə”, proqram, strateji və taktiki olaraq əsrin real-sosialist sisteminin reallığının ağır təsiri altında qalıb. 1990-cı illərdə real-sosializmin daxili səbəblərdən çökməsi və ölkədə kimlik inkarının aradan qaldırılması, eləcə də söz azadlığındakı proseslər PKK-nın mənasız olmasına və həddindən artıq təkrarlanmasına səbəb oldu. Ona görə də digər nəzəriyyələr kimi ömrünü tamamlamışdır və son qoyulmasını zəruri edir”.

Öcalan qeyd edib ki, 1000 ildən çoxdur ki, türklər və kürdlər öz varlıqlarını qorumaq və hegemon güclərə qarşı ayaqda qalmaq üçün könüllü olaraq bir ittifaqda qalmağı həmişə zəruri hesab ediblər:

“Son 200 illik kapitalist müasirliyi ilk növbədə bu ittifaqı parçalamağı hədəfləyib. Təsirə məruz qalan güclər bu xidməti prioritet hesab etdilər. Cümhuriyyətin yekdil şərhləri ilə bu proses daha da sürətləndi. Əsas vəzifə bu gün çox zərər görmüş tarixi münasibəti inanclardan kənar qalmadan, qardaşlıq ruhunda yenidən qurmaqdır. Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun üsyan və şiddətli hərəkatı olan PKK-nın güc və dəstək əldə etməsi demokratik siyasi kanalların bağlanmasından irəli gəlirdi.

İfrat millətçi hərəkatın qaçılmaz nəticəsi olan - ayrı-ayrı milli dövlətlər, federasiyalar, inzibati muxtariyyət və mədəni həllər tarixi cəmiyyətin sosiologiyasına cavab ola bilməz. Şəxsiyyətə hörmət, özünü ifadə etmək azadlığı, demokratik təşkilatlanma, bütün təbəqələrin əsas götürdüyü sosial-iqtisadi və siyasi strukturlar yalnız demokratik cəmiyyətin və siyasi sferanın mövcudluğu ilə mümkündür”.

A.Öcalan əlavə edib ki, Cümhuriyyətin ikinci əsri yalnız demokratiya ilə taclandığı zaman daimi olacaq və qardaşlıq səviyyəsinə yüksələcək:

“Sistem axtarışları və onun həyata keçirilməsi üçün demokratiyadan kənar heç bir yol yoxdur. Ola da bilməz. Demokratik kompromis əsas üsuldur. Sülh və demokratik cəmiyyət dövrünün dili də reallığa uyğun inkişaf etdirilməlidir.

Hörmətli Dövlət Baxçalının çağırışının, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın göstərdiyi iradənin və digər siyasi partiyaların məlum çağırışa müsbət yanaşmalarının yaratdığı bu mühitdə silahı yerə qoymağa çağırıram və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm.

Hər bir müasir partiyanın könüllü olaraq edəcəyi kimi, dövlət və cəmiyyətə inteqrasiya üçün qurultayınızı toplayın və qərarlar qəbul edin: Bütün qruplar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır! Birgə yaşayışa inanan və çağırışıma qulaq asan hər kəsə salamlarımı çatdırıram”.


Türkiyənin Bahçeşehir Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar “Sherg.az”a bildirib ki, terror başçısının etdiyi çağırışı diqqətlə təhlil edib:


“Hələlik Qəndildən bir açıqlama gəlməsə də, Suriyadakı PKK-nın qolu olan YPG/PYD-dən gələn açıqlamaları oxudum. Anladığım odur ki, qarşımızda tam bir terror oyun planı var.Gizlədilməyə çalışılan hədəf PKK-nın Suriyadakı qolu olan YPG/PYD-ni PKK-dan ayrı bir qurum kimi tanıtmaq və bu terror təşkilatının dövlətləşmə prosesini tamamlamaqdır. Maskalanmış məqsəd isə Silahı yerə qoymaq çağırışı, siyasi və sosial inteqrasiya, demokratik kompromis, dil və mədəni haqların müdafiəsi, demokratik konstitusiya yaratmaq kimi şüarlarla, əslində Türkiyə Cümhuriyyətinin milli dövlət quruluşunu zəiflətmək, uzunmüddətli perspektivdə isə Türkiyəni parçalamağa hesablanıb. Ümumiyyətlə terror başçısının çağırışı 5 fərqli sahədə və 2 fərqli oxda təsir yaradacaq. Sual budur hansı güc mərkəzləri və təsir qrupları bu çağırışa necə reaksiya verəcəklər?"


Ağar beynəlxalq güclərin mümkün reaksiyalarına toxunub:

“Qəndil mərkəzli İraqdakı PKK/HPG/Tavgari Azadi nə edəcək? PKK-nın Qara, Qəndil, Asos, Sincar, Mahmur, Süleymaniyyə və mübahisəli bölgələrdəki silahlı və siyasi varlığı bu çağırışa necə yanaşacağı bəlli deyil. Maraqlıdır onlar terroru, silahı, iddiaları və imtiyazları tərk edəcəklər, yoxsa başqa bir axtarışa girəcəklər? Suriyadakı YPG/PYD/AANES də məsələyə  reaksiya verməyib. Həmçinin Avropadakı PKK şəbəkəsinin hansı mövqe sərgiləyəcəyi məlum olmayıb. Qəndillə əlaqəli İran PKK-sı - PJAK/YRK nə edəcək? Türkiyədəki PKK uzantıları necə bir yol seçəcək? sualları da hələlik cavabsız qalıb. YPG/PKK-nın əlaqədə olduğu İran/Rusiya ilə ABŞ/AB/İsrail oxu bu vəziyyətə necə yanaşacaq? PKK-nı necə yönləndirəcəklər? sualı da qalmaqdadır. Bəs bu çağırış və onun ardınca baş verəcək hadisələrdə bu güclərin rolu nədir? Əgər PKK bu çağırışı beynəlxalq və regional güclərlə müzakirə edibsə, hansı ölkələrlə, hansı gözləntilər və planlar çərçivəsində bunu həyata keçirib? Suallar çoxdur, cavab isə hələlik yoxdur”.


Ekspert çağırışdan sonar Suriyada nə baş verəcəyi sualını da cavablayıb:

“Bu çağırışdan sonra YPG/PYD/AANES Suriyanın ərazi bütövlüyünə hörmət edib-etməyəcəyi bilinmir. Həmçinin Şam rejiminə, qeyd-şərtsiz olaraq, nəzarət etdiyi əraziləri, strateji obyektləri, enerji mənbələrini, silahlarını və İŞİD terrorçularının saxlandığı həbsxanaları təhvil verəcəyi də dəqiq deyil.  Ümumiyyətlə çağırışın sınaqdan keçiriləcəyi əsas yer məhz Suriyadır. Digər tərəfdən İran və ABŞ-ın mövqeyi də mühümdür. Qəndil üzərində təsiri olan İran və YPG/PYD üzərində təsiri olan ABŞ bu çağırışı necə qiymətləndirəcək və hansı addımları atacaq sualı əsas məsələlərdəndir. Bu çağırış 7 oktyabr hadisələrindən sonra sürətlə dəyişən Orta Şərq təhlükəsizlik sisteminin bir parçasıdırmı? Yoxsa PKK daxilində müstəqil bir təşəbbüsdür?  Sözügedən çağırışı düzgün oxumaq üçün PKK-nın törəmələrinin reaksiyasını, fəaliyyətlərini və hərəkətlərini diqqətlə izləmək lazımdır. Amma unutmayaq ki, burada da manipulyasiya və dezinformasiya ilə qarşılaşa bilərik!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri