Icma.az
close
up
RU
Öcalanın terrorçulara çağırışı GÖZLƏNİLİR

Öcalanın terrorçulara çağırışı GÖZLƏNİLİR

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə parlamentində təmsil olunan DEM Partiyasının nümayəndələri bu gün PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, İmralı adasında keçiriləcək üçüncü görüşdən sonra proses barədə ictimaiyyətə geniş məlumat veriləcəyi gözlənilir.

Məlumata görə, Türkiyə vaxtı ilə saat 17:00-da görüş və onun nəticələri ilə bağlı geniş brifinq veriləcək.

Nümayəndə heyətinə DEM Partiyasının deputatları Sırrı Süreyya Öndər, Pervin Buldan, Cengiz Çiçek, Mardin Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Türk, DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan, Öcalanın vəkili Faiq Özgür Erol daxildir.

Partiyanın Diyarbəkir vilayət təşkilatından verilən açıqlamada insanlar şəhərdəki Şeyx Səid meydanına dəvət edilib. Türkiyə mətbuatının məlumatına görə, kürdlərin yaşadığı bölgələrdə ekranlar quraşdırılıb. 

Tezliklə Öcalanın PKK terrorçularına silahı yerə qoyma çağırışı edəcəyi gözlənilir. Müraciət İraqdakı, Suriyadakı, PKK-nın Avropadakı nümayəndələrinə ünvanlanacağı bildirilir.  Öcalanın çağırışında terror dövrünün bitdiyini və siyasi mübarizəyə keçid alındığını bəyan edəcəyi qeyd olunur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi, MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də Abdullah Öcalanı Türkiyə Böyük Millət Məclisində PKK terror təşkilatını ləğv etməyə çağırıb. Bundan sonra DEM partiyasının nümayəndələri Öcalanla iki görüş keçirib.

Müraciətin necə ediləcəyi hələlik məlum deyil. Baxçalı Öcalanın parlamentdə, DEM partiyasının fraksiya iclasında çıxış etməsini istəyib. Ancaq sonradan müraciətin kürd deputatlar tərəfindən oxunacağı bildirilir. İndi isə DEM Partiyası Öcalanın görüntülü müraicət etməsini istəyir. Ədliyyə naziri Yılmaz Tunç bu tələbin qanunvericiliyə zidd olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri