Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Od çərşənbəsi və onun TARİXİ ARAŞDIRMA

Od çərşənbəsi və onun TARİXİ ARAŞDIRMA

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Novruz bayramı Azərbaycan türkləri arasında coşqu ilə qeyd olunan bayramlardan biridir. Baharın gəlişini və təbiətin oyanışını təmsil edən, mənşəyi qədim dövrlərə söykənən bu qədim türk ənənəsi, Orta Asiya və xüsusilə Azərbaycan türkləri tərəfindən mifoloji cəhətlərini qoruyub saxlayaraq bütün canlılığı ilə yaşatmağa davam edir. Novruz şənliklərində mühüm yer tutan çərşənbə mərasimlərində Novruzun mifoloji cəhətləri özünü göstərir. Yeniləşmə və yaradılış miflərinin əsas dinamikası olan, köhnə türk inanc sistemində də müqəddəs sayılan od, su, hava, torpaq kimi elementlər çərşənbə mərasimlərinin əsasını təşkil edir.

Məlumdur ki, bu gün də Od çərşənbəsidir. Bəs, Od çərşənbəsi haqqında nələr bilirik?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Novruzda ikinci çərşənbə Oddur. Bu, həm də “Üsgü çərşənbə” və ya “Addı çərşənbə” də adlanaraq yazın gəlişini ifadə edir. Bu çərşənbənin gəlişi ilə günəş yavaş-yavaş torpağı qızdırır, canlandırır. Günəşin istisini arzulayan əcdadlarımız Od çərşənbəsində səhər tezdən Günəşə qurban kəsirlər. Böyük od yandırıb onun şərəfinə mahnılar oxuyaraq günəşin doğmasını gözləyirlər. Günəş söndürüldükdən sonra kəndin cavanları odun külünü yığıb kəndin girəcəyinə və ya yola atırlar. Bu ritual xəstəliyin və çətinliklərin yox olmasını simvollaşdırır. Od çərşənbənin əsasını günəşə ehtiram və odu qorumaq təşkil edir.

Mövzu ilə bağlı Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadənin fikirlərini öyrəndik: “Mifoloji təsəvvürlərdə OD dünyamızın yaranmasına təkan verən amillərdən biridir. Ulularımız oda Dan demişlər, yəni “Dan yeri ağarır” deyərək onu Günəşə bənzətmişlər. Günəş isə istilikdir, ən böyük enerjidir. Bizi yaşadan da məhz oddan və günəşdən aldığımız enerjidir. Bu enerji bizi qidalandırır, bizə güc verir.

Lakin bu enerjinin tükənmə özəlliyi var. Bu enerji tükənərsə, biz də tükənərik. Onu elə işlətməliyik ki, övladlarımıza, nəvələrimizə və bütün sonrakı nəsillərə də yetsin”.

Mifologiyada od insanın yaradılış prosesinin ikinci mərhələsinin, yəni od ünsürü ilə bağlı mərhələnin təzahürüdür. Türk mifologiya sistemində od və ya ocaq kultlarının çoxlu müxtəlif variantları mövcuddur və bu kultların əsas funksiyası insanları və onların yaxınlarını xəstəlik və bəladan qorumaq, məhsuldarlığı və bolluğu təmin etməkdir. Çox yayılmış inanc sisteminə daxil olan od əvvəlcə Mifoloji Ana sistemindən çıxmış və bu səbəbdən də çox vaxt fıstıq ağacı və Umay ilə birlikdə xatırlanmış, sonrakı dövrlərdə dişi tipdən kişi tipinə keçmişdir.

Qədim türklər hər evdə (çadırda) ocaq və od hamisi ilə birlikdə tanrı qədər təsirli və qüdrətli sayılan od ruhunun mövcudluğuna inanırdılar. Xüsusilə, bu ocaq hamisi Şaman mifologiyasının töhfəsi ilə bir sıra yeni dəyərlər qazanmışdır. Məsələn, Yakut Şaman Merey doqquzuncu səmada od yaradan Dallan Eezi Tangara adlı tanrının varlığından bəhs edir.

“Dədə Qorqud” hekayələrində odla bağlı inanclar da öz əksini tapmışdır. Qəbilələrdən birində olan Qanturalı Selcan Xatunu gətirmək üçün Trabzona yola düşəndə atası Qanlı Qoca oğluna bu niyyətindən əl çəkməsini deyir. Qanturalı keçilməz yerlərdən atəşin köməyi ilə keçəcəyini bildirir. Oğuzların adətlərinə görə od həmrəyliyə, birliyə çağırış simvolu idi.

Odun Ülgen Tanrıdan bir hədiyyə olması, Ergenekondan çıxış rəmzi olaraq odda qızdırılan dəmirin çəkiclə döyülməsi, sobadakı odun su ilə söndürülməməsi, Quzey Altaylı gəlin-bəy işığı, təbabətdə tez-tez istifadə olunan çaxmaq daşı və s. türklər arasında atəş kultunun əhəmiyyətini ortaya qoyur.

Atəş kultu əsasında ən çox istifadə edilən təmizlənmə və şəfa tətbiqi Göktürklər dövründən bəri məlum olan “oddan tullanmaq, tüstüdən keçmək, (evin və ya heyvanın) tüstüləmə”dir. Bu əməllərlə günahlardan, pisliklərdən və xəstəliklərdən xilas olacağına inanılır.

Od əldə etməzdən əvvəl hava şəraitinə görə köçəri həyat tərzi keçirən ibtidai insanlar od əldə etdikdən sonra məskunlaşmış və beləliklə də meydana çıxan və od beşiyi kimi qəbul edilən “ocaq” sözü ev mənalarında işlənməyə başlamışdır. Kiməsə qarğış edəndə “Ocağınız sönsün!” deyilməsi də buradan qaynaqlanır. Bu səbəblərdən qaynaqlanan köhnə türk inancına görə od ocaqdır, ocaq isə evin və nəslin davamını ifadə edir.

Türk mifoloji inancında odun göydən endiyi və buna görə də müqəddəs və təmizləyici gücə malik olduğuna inanılır. Novruzda yandırılan ocaq da türk xalqının mübarək, müqəddəs saydığı, hörmətlə yanaşdığı bir ünsürdür. Novruz bayramının qədim ayinlərindən olan “Qodu han” oyunu da atəş kultunun türk mifologiyasından gəldiyinə sübutdur.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri