Icma.az
close
up
RU
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? Sənədlər

Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? Sənədlər

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Bir necə gün öncə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın Odlar Yurdu Universitetinin tibbi biologiya ixtisası üzrə bakalavr təhsilini başa vuran şəxsin həkim kimi çalışdığını yazaraq bu həkimə aid diplomları paylaşmışdı.

Apardığımız araşdıma zamanı bəlli oldu ki, Qənirə Ataşovanın paylaşdığı diplomlar fizioterapevt və reabilitiloq Rəhimə Atəşə məxsusdur.

Qənirə Ataşovanın yayımladığı xəbərdə bildirilirdi:

Azərbaycanın axsaq səhiyyə sisteminin diqqətinə! Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:

– 2003-2008-ci ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.

Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub.

Bu məlumat yayıldıqdan sonra, diplomun kimə məxsus olduğu öyrənməyə çalışdıq.

İddialara görə, bu diplomun sahibi Fizioterapiya və Reabilitasiya Mərkəzində çalışan, özünün sosial platmfora hesabında Dr. fizioterapevt və reabilitiloq kimi təqdim edən Rəhimə Atəşə məxsusdur.

Bu məlumatı yayımlamadan öncə, xanım reabilitiloq Rəhimə xanım Atəşlə əlaqə saxlamağa çalışdıq. Artıq iki gündür Rəhimə Atəşin qəbul telefonu ilə köməkçisi ilə əlaqə saxlayaraq, onun da mövqeyini təqdim etmək istədik. Amma nə yazıq ki, hər zəngimizdə Rəhimə Atəşin köməkçisi “Rəhimə xanıma məlumat vermişik, sizinlə əlaqə saxlayacaq”-deyə cavab verdi.//Azfakt.com

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://dogru.az
archiveBu xəbər 02 Mart 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri