Icma.az
close
up
RU
Odrinin yaşadığı villa 21 milyona satışa çıxarıldı Fotolar

Odrinin yaşadığı villa 21 milyona satışa çıxarıldı Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyaca məşhur britaniyalı aktrisa Odri Hepbernin sağlığında yaşadığı “La Paisible” (dinc yer mənasını verir - red.) villası satışa çıxarılıb.

“Qafqazinfo” “swissinfo.ch” saytına istinadən xəbər verir ki, malikanənin satış qiyməti 19 milyon İsveçrə frankı, təxminən 21 milyon dollardır.

İsveçrənin Toloşna kəndində, Cenevrə hava limanından təxminən 30 dəqiqəlik məsafədə yerləşən 18-ci əsrə aid ev 1963-cü ildən vəfat etdiyi ilə qədər (1993-cü il - red.) Hepbernə məxsus olub.

2001-ci ildə Odrinin oğulları analarına məxsus evi “Europ Continents Services SA” idxal-ixrac biznesinin keçmiş sədri Jan-Mark Bojolin və onun həyat yoldaşı Katarina Bojolinə satıblar.

K. Bojolin “Bloomberg”ə müsahibəsində bildirib ki, o zamanlar əri ilə altı uşağını böyütmək üçün böyük bir ev axtarıblar. Sözügedən malikanəni ilk dəfə görəndə verdiyi hüzur onları evə aşiq edib, əvvəlki sahibinin Hollivud əfsanəsi olması isə onları daha da sevindirib: “Xatırlayıram ki, məktəb illərində yataq otağımın divarında Odri Hepbernin çoxlu fotoşəkilləri olub. O, həqiqətən də mənim ən sevimli aktrisam idi. Evin çöl divarında Hepbernin adı yazılmış lövhə var. Turistlər arabir dayanıb şəkil çəkdirirdilər, lakin mən onlara heç vaxt müdaxilə etməmişəm. 30 ildən çoxdur ki vəfat etsə də, insanların hələ də onun harada yaşadığını görmək istəməsi Odri Hepbernin nə qədər önəmli biri olduğunu göstərir. Uşaqlarımızın hamısı burada məktəb və universitetə ​​gedib. İndi böyüyüblər, bu villa mənimlə yoldaşım üçün çox böyükdür. İki oğlumun da toyu bu evdə olub. Hepbernin bəzi toxunuşları hələ də qalır. Odrinin 60 yaşı tamam olanda “Givenchy” moda evindən ona 60 ağ qızılgül kolu göndərilib. Həmin qızılgüllərin yarısı hələ də həyətdədir”.

Qeyd edək ki, 3 mərtəbədən ibarət malikanə 40 hektar ərazidə yerləşir. 10,800 kvadrat fut sahəsi olan evin 12 yataq, 8 vanna otağı var, həmçinin bir lift də mövcuddur.















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri