Icma.az
close
up
RU
Oğlu bahalı maşın sürən başçı haqda araşdırma… Babaşovu nə gözləyir?

Oğlu bahalı maşın sürən başçı haqda araşdırma… Babaşovu nə gözləyir?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaxtaşırı yüksək rütbəli məmurlar övladları, aşkarlanan var-dövlətləri ilə gündəmə gəlirlər. Onlardan biri də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

R.Babaşov daha çox oğlu Elşən Babaşzadə ilə medianın diqqətinə gəlir. Onun oğlunun sahib olduğu bahalı maşınlar barədə sosial şəbəkələr və saytlar çox yazıb. İndi də Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə dövlət nömrə nişanı almaqla gündəm olub.

Bildirilir ki, E.Babaşzadə “Mersedes Benz G-63 AMG” markalı maşının 10 LL 077 nömrə nişanını 77 LL 077 ilə əvəzləyib. 77 LL 077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.

Atası yüksək dövlət vəzifə tutan bir şəxsin belə bahalı maşın sürməsi bəzi şübhələrə yol aça bilər. Elşən Babaşzadə hətta bizneslə məşğuldursa belə, onun bahalı əmlakı, aksessuarı atasını hədəfə çıxarır, haqlı şübhələrə səbəb olur. İctimaiyyətdə sual yaranır ki, icra başçısının oğlunun sürdüyü yarım milyonluq maşının alınmasında korrupsiya amili rol oynayıbmı? Rəcəb Babşovun korrupsiya əməlləri haqda əlimizdə fakt olmadığından onu korrupsioner adlandıra bilmərik. Amma dövlət orqanları bu faktdan çıxış edib, Rəcəb müəllimin fəaliyyətini yoxlamalıdırlar.

Məsələn, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi atası yüksək vəzifədə çalışan Elşən Babaşov ətrafında araşdırma apara bilər. Qanunla aparmalıdır. Şübhəli əmlak aşkarlanırsa, bu, hüquq mühafizə orqanlarının diqqətini çəkməlidir. Həmçinin Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi bu ailənin gəlirləri, xərcləri, sahib olduğu əmlakla bağlı aidiyyatı üzrə sorğular verməli, araşdırmalar aparmalı, dindirmələr həyata keçirməlidir. Necə ola bilər ki, aylıq maaşı 2 minə belə çatmayan icra başçısının oğlu 450 min manatlıq maşın sürür? Biznesi var? O zaman o biznesin özü də araşdırma predmeti olmalıdır. Tutaq ki, oğul Babaşzadə tender qalibi olub, ordan əldə etdiyi pulla özünə 450 minlik maşın alıb. Bu zaman həmin tender də mütləq araşdırılmalıdır. Çünki söhbət dövlətin vəsaitindən, xalqın pulundan gedir.

Ölkə.az teleqraf.com-a istinadən xəbər verir ki, Globalinfo.az atası icra başçısı vəzifəsi tutan Elşən Babaşzadənin bahalı əmlakları ilə bağlı aidiyyatı dövlət qurumlarının araşdırma aparıb-aparmadığını öyrənməyə çalışır. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər qurumlara sorğu hazırlayırıq. Həmin sorğunun nəticəsini ictimaiyyətə açıqlayacağıq.

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, məmurlar, xüsusilə də icra başçıları yerlərdə xalqın xidmətçisi olmalıdırlar. Onların övladlarının qanunsuz hərəkətləri barədə də ölkə başçısı bir neçə dəfə xəbərdarlıq edib.

İnanırıq ki, cənab Prezident bilsə ki, Rəcəb Babaşovun oğlu 450 minlik avtomobilə sahibdir, bu məsələ ilə bağlı araşdırma aparılması haqda qəti göstəriş verər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Noyabr 2024 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri