Icma.az
close
up
RU
Oğluna şəhidlik statusu almaq istəyən qadın aldadılıb TV dəki “vəkil” həbs edilib

Oğluna şəhidlik statusu almaq istəyən qadın aldadılıb TV dəki “vəkil” həbs edilib

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oğluna şəhidlik statusu almaq istəyən qadın aldadılıb. Onu aldadan şəxs “Dünya TV”nin efirində hüquqşünas kimi çıxış edirmiş. Bu işdə həmin TV-nin əməkdaşının da adı keçir.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, zərərçəkmiş Dilda Kərimova hüquqşünas kimi tanıdığı Elmir Laçınlıya 4500 manat pul verib. Bunun qarşılığında onun 2002-ci ildə daxili işlər orqanlarında xidmət edərkən vəfat edən oğluna şəhidlik statusu alınmalı imiş. Lakin Dilda Kərimova aldadılıb.

Dilda Kərimovanın ifadəsindən məlum olub ki, onun “Dünya TV”də aparıcı işləyən Narınc Vəliyeva ilə münasibəti yaranıb və hüquqşünası da onun vasitəsi ilə tanıyıb:

“1999-cu ildən Almaniyada yaşayıram. Həm Azərbaycan, həm də Almaniya vətəndaşıyam. Azərbaycana tez-tez gəlirəm. 2017-ci ilin may ayında Almaniyada olarkən Sumqayıt şəhər Televiziyası olan DTV-yə baxanda aparıcı Narınc Vəliyevə adlı xanımı gördüm. Azərbaycanlı, ziyalı xanım olaraq verilişə zəng edib Narınca işlərində uğurlar arzuladım. Sonradan mütəmadi olaraq zəngləşib mesajlaşırdıq. Verilişə müraciət edib səhhətində problemi olan, maddi yardıma ehtiyacı olan uşaqlara bir neçə dəfə yardım da etmişəm”.

Dilda Kərimovanın dediyinə görə Narınc Vəliyeva ilə münasibəti yaranandan sonra sonuncu onda borc istəməyə başlayıb:

“Aparıcısı olduğu verilişin bağlanmaq üzərində olduğunu deyib 1000 avro borc pul istədi. Rəfiqəm Təzəxanıma zəng elədim, o da 500 avro borc pul verdi. Bir müddət sonra Narınc bildirdi ki, evində hədiyyələr hazırlayır və satır. Həmin işdə köməklik etmək üçün pul lazım olduğunu dedi. Onun kart hesabına 3000 və 1500 avro köçürmüşəm. Evinin ipotekada olduğunu, ödəniş etmədiyi üçün əlindən alacaqlarını deyəndə də 1660, 1270 və 100 evro da pul göndərmişdim.

Bir gün də efirdə özünü vəkil Elmir Laçınlı kimi təqdim edən şəxsi görüb Narınca zəng etdim. Narınca zəng edib Elmir Laçınlıdan Gəncə şəhərində polis nəfəri vəzifəsində xidmət etmiş, 2002-ci ildə xidməti vəzifələrinin icrası zamanı əvvəl almış olduğu xəsarətdən vəfat etmiş oğlumun adının əbədiləşdirilməsinə kömək etməsini istədim. Elmir Laçınlı mənimlə əlaqə saxlayıb bildirdi ki, oğluna şəhidlik statusu ala biləcək. Bunun üçün xidmət qiyməti olaraq 2500 manat istədi. Sonra da əlavə olaraq 3 min manat verdim.

Narınca verdiyim pulların cəmi 22000 manat olub. Söz vermişdi ki, 2022-ci ilin iyun ayının 8-də almış olduğu pulları geri qaytaracaq. Həmin tarixdə Bakıya gəlsəm də Narıncla görüşə bilmədim. Bakıda Elmirlə görüşdüm.  Oğlumun adının əbədiləşdirilməsi və şəhid statusu verilməsi ilə bağlı tədbirlərə başladığını dedi. Bir müddət sonra Almaniyaya qayıtdım. Narınc telefonlarıma cavab vermirdi. Elmirlə danışanda dedi ki, Narınc Türkiyədədir. Mənə onun başqa nömrəsini verdi. Narıncla əlaqə saxlayanda pulları verəcəyini dedi. Bakıya növbəti dəfə gələndə Elmirlə yenə görüşdüm. Dedi ki, Narıncdan xeyli şikayət var. Polisdə onun barəsində cinayət işi açılıbmış. Elmirin də heç bir iş görmədiyini, vəkil olmadığını bildim. Sonra o da zənglərimə cavab vermədi”.

Təqsirləndirilən şəxs Elmir əməlini etiraf edib və bildirib ki, zərərçəkmişdən 4500 manat pul alıb və heç bir iş görməyib.

İş üzrə Narınc Vəliyeva da ifadə verib. Deyib ki, təxminən 11 ilə yaxın televiziya verilişlərində aparıcılıq fəaliyyəti ilə məşğul olub: “Sonuncu dəfə 8 ilə yaxın “Dünya TV”-də layihə rəhbəri və aparıcı işləmişəm. 2017-ci ilin may ayında çəkilişdə olan zaman Almaniya nömrəsindən əslən azərbaycanlı olan Dilda xanım mesaj yazıb bildirdi ki, verilişlərini tamaşaçı kimi izləyir və qohumu vasitəsi ilə şəxsi hədiyyə göndərib, lakin hədiyyəni uzun müddət götürməmişəm. Bir neçə aydan sonra saat və geyim hədiyyəsi göndərdi. Sonra da münasibətlər davam etdi. Mənə verilən pullar maddi köməklik məqsədi ilə göndərildiyini hesab etmişəm.

2021-ci ildə Dilda xanımın tapşırığı ilə tanımadığım qohumundan birlikdə iş qurmaq üçün əlbəəl pul götürdüm. Məqsəd Dilda xanımın xahişi ilə “Dilda hədiyyələr” instaqram səhifəsini açmaq olub. Dilda xanım evimin ipoteka kreditinə kömək məqsədi ilə də pul göndərib.

Elmirin görəcəyi iş üçün göndərilən 2500 manat məndə idi. İş yekunlaşmadığı üçün Elmirə vermədim. Sonra Dilda xanımın qohumunun kartında köçürdüm”.

Elmir Laçınlı daha əvvəl də dələduzluqda təqsirli bilinərək məhkum edilib. Hazırda həbsdə olan Elmir Laçınlı bu əməlinə görə 9 ay azadlıqdan məhrum edilib. Cəzası əvvəlki hökmlə birləşdirilməklə onun üzərində qəti olaraq 3 il 9 ay həbs cəzası saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri