Oğlunu kürəyindən bıçaqlamışdı 3 illik həbs edildi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Biləcəri qəsəbəsində oğluna bıçaqla ağır xəsarət yetirən şəxsə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 1979-cu il təvəllüdlü Nazim Əliyevi Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirli bilib.
Araşdırmalarla müəyyən edilib ki, N.Əliyevin həyat yoldaşı illər əvvəl onu və oğlu Teymuru tərk edib. Teymur ata nənəsi və babasının yanında böyüyüb. Bir neçə ay əvvəl isə o, atasının sərxoş halda olmasına etiraz edərək mübahisə edib. Mübahisə zəminində Nazim Əliyev oğluna kürək nahiyəsindən bıçaqla zərbə endirib.
Xəstəxanaya yerləşdirilən Teymurun həyatı xilas edilib.
Məhkəmədə zərərçəkən şəxs atasından şikayətçi olmadığını, onun ailədə yeganə qazanc gətirən şəxs olduğunu deyib və yüngül cəza verilməsini istəyib.
Məhkəmənin hökmü ilə 47 yaşlı şəxs 3 il müddətinə həbs cəzasına məhkum edilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 22 İyun 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















