Icma.az
close
up
RU
“Qardaşımın 3 oğlunu da öldürəcəkdim” Ziyanın MÜƏMMALI İFADƏSİ

“Qardaşımın 3 oğlunu da öldürəcəkdim” Ziyanın MÜƏMMALI İFADƏSİ

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Salyanda ana və oğlunun vəhşicəsinə qətlə yetirilməsinin yeni təfərrüatları məlum olub. Qətli törədən şəxs ömürlük azadlıqdan məhrum edilib. Amma istintaq zamanı məlum olub ki, Ziya Əliyevin əsas məqsədi qardaşının üç oğlunu da öldürmək olub. Lakin hadisələrin gedişatı fərqli cərəyan edib.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Ziya Əliyev qardaşının oğlu Bəhruz Əliyevi və onun anası Rahilə Əliyevanı qətlə yetirib.
Qətli törədən Ziya Əliyev 2009-cu ildə narkotik ittihamı ilə həbs edilib və 10 il həbsxana həyatı yaşayıb. Ailəli, 4 uşaq atası olan Ziyanın ailə münasibətləri qaydasında olmayıb. Elə bu dəhştəli cinayətin səbəbi də arvadı ilə münasibətinin yaxşı olmaması, ondan şübhələnməsi olub. Ziya əvvəlcə arvadından şübhələnib, sonra isə qardaşının 3 oğlundan.
Ziyanın iddialarına görə, həbsxanada olduğu müddətdə arvadı qardaşı oğlanları tərəfindən cinsi istismara məruz qalıb. O, bu qənaətə həbsxanada olduğu müddətdə gəlib. Həbsxanadan çıxdıqdan sonra isə bu şübhələrini gücləndirib. Onun qənaətinə görə, həbsxanada olduğu müddətdə arvadının hamilə qalması mümkün deyilmiş. Amma arvadı istintaqda bildirib ki, Ziya həbsxanada olanda onunla dəfələrlə görüşüb, münasibətdə olublar. Uşaqlarının dördü də Ziyadandır.
 

44 yaşlı Ziya Əliyev qardaşı oğlanları Rəşad Əliyev, Bəhruz Əliyev və Peyman Əliyevdən şübhələnib. Ziya dəfələrlə arvadını döyərək onun qardaşı oğlanları ilə münasibəti haqda sorğu-sual edib. Amma arvadı deyilənləri inkar edib. Sonda Ziyanın təzyiqlərinə dözmədiyini deyən arvadı ona etiraf edib ki, qardaşı oğlanları onunla zorla münasibətdə olub. Ziya arvadının bu etirafını videoya da çəkib. Amma Ziyanın arvadı məhkəmədə və istintaqda bunun yalan olduğunu, Ziyadan canını qurtarmaq üçün belə bir yalan dediyini söyləyib.


“2005-ci ildə evləndik, amma 4 il uşağımız olmadı. 2009-cu ildə ilk övladımız oldu. Həmin uşağın məndən olmadığına inandım. Qardaşımın övladlarından şübhələnməyə başlamışdım.
Bir dəfə qızımı vuranda Bəhruz araya girib “o, mənim balamdır” dedi. Bu sözü deməsi məndə təkrar şübhə oyatdı. Sonda arvadım bunları etiraf etdi. İlk dəfə Peymanın ona toxunduğunu dedi. Bunları eşidəndən sonra qərar verdim. Əslində fikrim qardaşımın üç oğlunu da öldürmək idi” - deyən Ziya ifadəsində əlavə edib ki, evdən qəzəbli çıxan zaman qarşısına ilk Bəhruz çıxıb.
Bəhruza ard-arda bıçaq zərbələri endirib. Səsə Bəhruzun anası Rahilə Əliyeva gəlib. Ziya onun üzərinə hücum edərək 10 bıçaq zərbəsi endirib.
Hadisə baş verən ərəfədə Bəhruzun digər qardaşları da oraya gəlirmiş ki, analarını diş həkiminə aparsınlar. Lakin onlar gələnə qədər bu hadisə baş verib. Ziya qətli törədəndən sonra polis əməkdaşlarına təslim olub.
Mərhumun qardaşları məhkəmədə ifadə verərək Ziyanın dediklərini uydurma adlandırıb.
Ziyanın arvadı dindirilən zaman ərinin psixoloji problemlərinin olduğunu deyib.
“Hər şeydən şübhələnirdi. Özündən nələrsə uydururdu. Bir dəfə səhvən oğluma Rəşad deyə müraciət etdim. Bundan da şübhələndi. Dedi ki, uşaq Rəşaddandır. Ziya əsəb xəstəliyindən əziyyət çəkib, bununla bağlı özünün dediyinə görə, 2008-ci ildə Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə də alıb. Mənə deyirdi ki, sənə cadu ediblər, dilini, ağzını bağlayıblar, mənə xəyanət edirsən, mənə vergi verilib, hər şeyi görə bilirəm” - deyən şahid qətlin səbəbi kimi Ziyaya dediyi yalanı göstərib. Bildirib ki, Ziyaya yalandan qardaşı uşaqları tərəfindən zorlandığını deyib. Ziya da bu qətli törədib.
İsintaq zamanı keçirilən kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Ziya Əliyev “paranoid şəxsiyyət pozuntusu” kimi psixi pozuntudan əziyyət çəkib.
Həmçinin məhkəmə-genetik ekspertizasının rəylərinə görə, 4 uşaq da Ziya Əliyevin imiş.
Ziya Əliyev törətdiyi ağır cinayətə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri