Oğurladığı keçi və qoçu bişirib yedi: Məhkəmə zalında həbs olundu
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində və Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qoyun və keçi oğurlayan şəxs həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Maştağa qəsəbə sakini Natiq Kərimovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, o, Xanlar yaşayış massivində yerləşən evin həyətindən dəyəri cəmi 1000 manat təşkil edən bir baş qoçu oğurlayıb.
Natiq həmçinin Binə qəsəbəsi, Atçılıq yaşayış massivindən 15 qoyun və 5 baş oğurlayıb. Bununla zərərçəkmiş - D.R. adlı fermerə ümumilikdə 9250 manat məbləğində ziyan vurub.
Natiq oğurluğu qoyun və keçiləri yemək üçün etdiyini deyib. Bildirib ki, bir qoçu oğurlayıb və bişirib yeyib.
Digər oğurluq zamanı qoyun və keçiləri hamısını oğurlamaq niyyətində olmayıb. Qapını açanda hamısı çıxdığı üçün heyvanları otara-otara aparıb. Sonuncu oğurladığı heyvanlardan bir keçini yeiyb və və digərlərini satıb.
Məhkəmənin hökmü ilə Natiq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. O, dərhal məhkəmə iclas zalından həbs olunub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 24 Dekabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















