Icma.az
close
up
RU
Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır AZƏRTAC

Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oğuz, 25 yanvar, AZƏRTAC

Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır. Dövlət Məşğulluq Agentliyi rayonda özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələrin təşkili ilə sakinlərin məşğulluğunu təmin edəcək. Proqram üzrə oxşar iqtisadi fəaliyyət növləri üzrə aktivlər verilmiş şəxslərin eyni məkanda birgə klaster müəssisə kimi fəaliyyəti təmin ediləcək.

AZƏRTAC-ın bölgə müxbiri Oğuzda icra olunacaq yeni layihənin məram və məqsədləri ilə maraqlanıb.

Son illər digər bölgələrdə olduğu kimi, Oğuz rayonunda da nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artması müşahidə edilir. Şübhəsiz, nəqliyyat vasitələrinin çoxluğu onların təmiri sahəsində çalışan ustalara da tələbatı artırıb. Hazırda isə rayonda sürücülərin başlıca qayğısı avtomobillərini təmir etdirmək üçün bir mərkəzin olmamasıdır. Məsələn, Şirvan kənd sakini Ələfsər Quliyev avtomobilini təmir etdirmək üçün rayonda müxtəlif istiqamətdə fəaliyyət göstərən ustalara müraciət etmək məcburiyyətində qalır. Ə.Quliyevin sözlərinə görə, onun kimi onlarla sürücü ucqar kəndlərdən şəhər mərkəzinə gələndə bir neçə ustaya müraciət edir. Bu isə onların həm vaxt, həm də yanacaq və maliyyə itkisinə səbəb olur.

Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, rayon (şəhər) icra hakimiyyətləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə əməkdaşlıq çərçivəsində yeni “Avtoklaster” layihəsinə başlanılması gələcəkdə bu pərakəndəliyə son qoya bilər. Layihə çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin olunacaq şəxslərin eyni məkanda yerləşdirilməklə klaster müəssisə formasında birgə fəaliyyət göstərmələrinə imkan yaradılacaq.

Dövlət Məşğulluq Agentliyi Şəki-Zaqatala regional məşğulluq filialının Oğuz rayon xidmət şöbəsinin müdiri İlkin Süleymanov bildirir ki, rayonda özünüməşğulluq proqramına cəlb edilən bir qrup şəxsin əmək bazarının tələbi, iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq “Avtodəmirçi xidmətləri-PDR batıqların bərpası”, “Avtorəngsaz”, “Avtoçilingər xidməti-Katalizatorların təmizlənməsi xidməti”, “Avtoelektrik - Kondisioner təmiri”, “Avtoyağlama xidməti”, “Avtorazval xidməti”, “Avtotəmizləmə xidməti”, “Özünüxidmət avtotəmizləmə xidməti”, “Avtodisk təmiri – Avtomobil şinlərinin bərpası” üzrə əmlaklarla təmin edilməsi və onların eyni məkanda birgə fəaliyyətinin təşkili nəzərdə tutulur.

“Layihəyə ilkin olaraq Oğuz rayonundan başlanılacaq. Rayonda özünüməşğulluq proqramına cəlb olunmuş bir qrup şəxsin əmək bazarının tələbi, iqtisadiyyatın prioritet sahələri nəzərə alınmaqla xidmət sahələri üzrə əmlaklarla təmin edilməsi, onların eyni məkanda birgə fəaliyyətinin təşkili nəzərdə tutulur”, - deyən xidmət şöbəsinin müdiri əlavə edib ki, layihənin ilkin mərhələsində 9 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Müsahibimiz diqqətə çatdırıb ki, məqsəd özünüməşğulluq proqramının səmərəliliyini daha da yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətədavamlılığını təmin etmək və gəlirlərini artırmaqdır.

Layihə iştirakçılarının seçimi zamanı qeyd edilən sahələrdən biri üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri