Oğuzda 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib, hadisəni törədən sürücü axtarılır VİDEO
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Oğuz, 22 sentyabr, AZƏRTAC
Ötən gecə Oğuz rayonunun Bayan kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Lakin piyadanın hadisə yerində dünyasını dəyişdiyi məlum olub.
İlkin araşdırmalar zamanı avtomobillə vurulan şəxsin rayonun Baş Daşağıl kənd sakini, 43 yaşlı Sadəddin Abdulhəmidov olduğu müəyyən olunub. Hadisəni törədən sürücünün isə idarə etdiyi avtomobillə birlikdə ərazidən uzaqlaşdığı məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Sentyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















