Oğuzda avtomobil aşıb
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
Oğuz rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata, qızı və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.
Rayonun Böyük Söyüdlü kənd sakini, 61 yaşlı Sirapil Yunisovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü ilə yanaşı, avtomobildəki sərnişinlər - 40 yaşlı Atabek Yunisov və qızı, 19 yaşlı Asmin Yunisova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Aprel 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















