Icma.az
close
up
RU
Oğuzda baş verən intiharın təfərrüatları məlum olub YENİLƏNİB

Oğuzda baş verən intiharın təfərrüatları məlum olub YENİLƏNİB

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Ötən gün Oğuzda baş verən intiharın təfərrüatları məlum olub.

Gununsesi.info xəbər verir ki, Oğuz rayonu Bucaq kənd sakini, 56 yaşlı Leyla Osman qızı Musayeva xərçəngdən əziyyət çəkən ərini itirmək qorxusundan canına qəsd edib.

Belə ki, Leyla Musayevanın əri, 70 yaşlı Eyyub Fərəc oğlu Musayev bir-neçə aydır ki, qan xərçəngindən əziyyət çəkir. Eyyub Musayev Oğuz Rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə alıb. Onun vəziyyəti ağır olduğu üçün bir-neçə gün əvvəl xəstəxanadan evə göndərilib.

Noyabrın 26-sı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon filialının həkim briqadası çağırış əsasında Eyyub Musayevi müayinə etmək üçün onun yaşadığı ünvana gediblər. Müayinə zamanı Eyyub Musayevin vəziyyətinin kəskin ağır olması barədə ailəsinə məlumat verilib.

Ərinin ölüm ayağında olduğunu bilən Leyla Musayeva intihar etmək məqsədi ilə ailə üzvlərindən xəbərsiz sirkə turşusu içib.

Leyla Musayeva ərini müayinə etmək üçün gələn həkim briqadası tərəfindən dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq Leyla Musayeva elə hadisə baş verən gün axşam saatlarında Oğuz RMX-nın reanimasiya şöbəsində dünyasını dəyişib.

Leyla Musayevanın qan xərçəngindən əziyyət çəkən əri Eyyub Musayev də elə həmin gün vəfat edib.

Ər-arvad bu gün Bucaq kənd qəbiristanlığında dəfn olunublar.

***

26.11.2024

Oğuzda sirkə turşusundan zəhərlənən 56 yaşlı qadın xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub.

Müayinə zamanı L. Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub. L. Musayeva axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2024 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri