Oğuzda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb YENİLƏNİB
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
Yanvarın 1-də saat 06 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində 1976-cı il təvəllüdlü Qalib Hüseynov naməlum avtomobillə vurulub və aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21012” markalı avtomobilin sürücüsü Tural Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
10:04
Oğuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kərimli kəndində baş verib.
Oğuz rayon sakini Tural Ayaz oğlu Abdullayev idarə etdiyi minik avtomobili ilə Şəki rayonu Qayabaş kənd sakini Qalıb Bəhman oğlu Hüseynovu vurub.
Hadisə zamanı ağır xəsarət alan Q.Hüseynov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















