Icma.az
close
up
RU
Okeanın o tayında yazılan tarix Qalib ölkənin daha bir zəfəri

Okeanın o tayında yazılan tarix Qalib ölkənin daha bir zəfəri

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri beynəlxalq diplomatiya tarixində xüsusi yer tutan, ölkəmizin xarici siyasətində dönüş nöqtəsi olan möhtəşəm hadisə kimi qiymətləndirilməlidir. İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biri kimi yadda qalacaq, onun siyasi iradəsinin və diplomatik ustalığının dünyaya örnək göstəricisi olacaq.

Bu səfər uzun illər davam edən təzyiq və sanksiya kampaniyalarının tam iflasını nümayiş etdirərək Azərbaycan dövlətinin qətiyyətini, müstəqilliyini və strateji gücünü bütün dünyaya bir daha sübut etdi. Prezident İlham Əliyevin diplomatik ustalığı, prinsipiallığı və liderlik keyfiyyətləri bu səfərin hər anında özünü göstərib. O, siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada aparılan qaralama kampaniyalarına baxmayaraq, qətiyyətli mövqeyindən bir addım belə geri çəkilməyib. İlham Əliyev əsl liderə xas olan möhkəm iradə və prinsipiallıq nümayiş etdirərək Azərbaycanın milli maraqlarını maksimum səviyyədə müdafiə edib, ölkəmizin səsini və mövqeyini beynəlxalq səviyyədə qətiyyətlə və uğurla çatdırıb.

Bu səfər Azərbaycan üçün təkcə diplomatik görüşlərdən ibarət olmayıb, həm də ölkəmizin beynəlxalq nüfuzunun artması, strateji tərəfdaşlıqların dərinləşməsi və regionda sülhün möhkəmlənməsi üçün əvəzsiz fürsət oldu. İlham Əliyev beynəlxalq siyasətdə özünü əsl qalib kimi təqdim edib, uzun müddət Azərbaycan üzərində güc tətbiq etmək istəyən siyasi dairələri ifşa edib və onların planlarını tamamilə alt-üst edib.

Dünənə qədər Azərbaycanla dialoqda təzyiq və şərt dili işlədən dövlətlər, bu gün reallığı qəbul etməyə məcbur qaldılar. Bu, sadəcə diplomatik qələbə deyil, həm də regiona sülh gətirən, davamlı sabitliyin əsasını qoyan böyük tarixi nailiyyətdir. İlham Əliyevin siyasi strategiyası və diplomatik müdrikliyi Azərbaycanı beynəlxalq siyasətin aparıcı oyunçularından birinə çevirdi, ölkəmizin güc və etibarını əhəmiyyətli dərəcədə artırdı.

Bu səfər Prezident İlham Əliyevin qlobal arenada nüfuzunun, siyasi çəkisinin və strateji baxışının parlaq göstəricisidir. O, ölkəmizin maraqlarını qorumaqla yanaşı, regionda sülh və təhlükəsizliyin təmin olunmasında lider rolunu da müvəffəqiyyətlə yerinə yetirdi. Bu uğurlar Azərbaycan diplomatiyasının gücünü göstərir və ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Prezident İlham Əliyevin ABŞ səfəri bütün dünyaya Azərbaycanın möhkəm, qətiyyətli və uğurlu siyasət yürüdən, qarşısına qoyduğu məqsədlərə dönməz əzmlə çatmaqda davam edən bir dövlət olduğunu nümayiş etdirdi. Bu tarixi səfər Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, strateji tərəfdaşların gücləndirilməsi və gələcəkdə yeni uğurların qazanılması üçün əvəzsiz bir mərhələ oldu.

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və strateji diplomatiyası regionda təhlükəsizliyin təmin olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması baxımından dönüş nöqtəsidir. Bu mövqe yalnız daxili siyasətdə deyil, beynəlxalq səviyyədə də Azərbaycanı etibarlı və nüfuzlu tərəfdaş kimi göstərir. Dövlət başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycan öz maraqlarını qorumaqla yanaşı, regionda davamlı sülh və inkişaf üçün də güclü zəmin yaradır.

İlham Əliyevin ABŞ-yə səfəri yalnız diplomatik görüşlərdən ibarət deyildi; bu, Azərbaycanın beynəlxalq siyasətdə öz mövqeyini gücləndirməsi, xarici təzyiqlərə qarşı möhkəm durması və regionda sülhün bərqərar olması istiqamətində strateji addım idi. Bu səfər Azərbaycanın gələcəkdə beynəlxalq arenada daha da fəal iştirak edəcəyinə və strateji tərəfdaşlıqlarını genişləndirəcəyinə işarədir. Regionun sabitliyi və inkişafı üçün vacib olan bu uğurlar eyni zamanda, Azərbaycan dövlətinin möhkəmliyinin və liderlik keyfiyyətlərinin dünyaya nümayişidir.

Vaşinqton səfərinin ən vacib nəticələrindən biri də regionda davamlı sülhün təmin olunması istiqamətində atılan uğurlu addımlardır. Prezident İlham Əliyevin sülh prosesində göstərdiyi liderlik, münaqişə sonrası vəziyyəti sabitləşdirmək və regionu yeni münaqişələrdən qorumaq üçün əsas zəmin yaratdı. Bu proses əslində, çoxsaylı gənclərin həyatının qorunması və itkilərin qarşısının alınması deməkdir. Məhz bu səbəbdən, Azərbaycanın liderliyi və diplomatik uğurları, sadəcə siyasi və iqtisadi qazanclar kimi deyil, həm də insan həyatının qorunması baxımından böyük önəm daşıyır.

Regionda sülhün təmin olunmasının qarşısında duran əsas maneələrdən biri Ermənistanın mövqeyi və gecikdirici siyasətidir. Cənab Prezident İlham Əliyev müsahibələrində açıq şəkildə vurğulayıb ki, Ermənistan məsələni yubatmamalı və konstruktiv addımlar atmalıdır. Əks təqdirdə, bu, yalnız Ermənistanın özü üçün deyil, həm də ABŞ və digər beynəlxalq tərəfdaşlar üçün hörmətsizlik kimi qiymətləndiriləcək. Buna görə də regionda sülhün və sabitliyin qorunması üçün Ermənistanın gecikmədən hərəkətə keçməsi vacibdir.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Avqust 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri