Icma.az
close
up
RU
Oktyabrda yay havası axtaranlar üçün 6 Avropa istiqaməti

Oktyabrda yay havası axtaranlar üçün 6 Avropa istiqaməti

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrda Avropada yay mövsümü tədricən başa çatsa da, bəzi ölkələrdə günəşli və isti hava hələ də davam edir. Turist sıxlığının azalması, münasib temperatur və sakit atmosfer payız tətili üçün bu istiqamətləri xüsusilə cəlbedici edir.

Lent.az xarici mediaya istinadla oktyabr ayında Avropada isti hava və günəşli günlər axtaran turistlər üçün ən uyğun 6 istiqamət barədə məlumat verir. 

Sevilya, İspaniya

Oktyabrda Sevilyada orta temperatur təxminən +21°C olur, gündüzlər isə havanın +27°C-yə qədər yüksəlməsi mümkündür. Şəhərdə gün ərzində orta hesabla 7 saat günəşli hava müşahidə edilir.

Sevilya Avropanın materik hissəsində ən isti şəhərlərdən biri hesab olunur. Payız ayları şəhəri kəskin yay istisi olmadan gəzmək üçün əlverişli dövrdür.

Turistlər Casa de Pilatos sarayını, Torre del Oro – “Qızıl qüllə”ni, Real Alcázar sarayını və bağlarını, eləcə də məşhur Sevilya Katedralını ziyarət edə bilərlər.

Sakit gəzintini sevənlər üçün Qvadalkvivir çayı sahili, Maria Luisa parkı və Plaza de España da maraqlı seçimdir.

Valletta, Malta

Maltanın paytaxtı Vallettada oktyabrda orta temperatur təxminən +24°C, gündəlik günəşli saatların sayı isə 7-dir.

Bu dövr Maltada rahat dəniz və şəhər istirahəti üçün ən münasib aylardan biri hesab olunur.

UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Valletta möhtəşəm istehkamları və tarixi memarlığı ilə seçilir. Müqəddəs İohann Kafedralı, Fort St. Elmo və Böyük Magistr Sarayı şəhərin əsas görməli yerlərindəndir.

Sahildə yerləşən XVIII əsrə aid köhnə anbar binalarında isə bu gün restoranlar, kafelər və mağazalar fəaliyyət göstərir.

Sardiniya, İtaliya

İtaliyanın Sardiniya adasında oktyabrda orta temperatur +18°C, günəşli hava isə gündə təxminən 6 saat davam edir.

Dəniz suyu bu dövrdə hələ kifayət qədər isti olduğundan çimərlik istirahəti və su idmanı ilə məşğul olmaq mümkündür. Costa Smeralda və Cala Goloritzé bu baxımdan ən məşhur istiqamətlər sırasındadır.

Alghero, Bosa və San Teodoro kimi şəhərlərdə orta əsrlərə aid tikililər, qalalar və dəniz sahilində rəngarəng evlər turistlərin diqqətini çəkir.

Təbiət həvəskarları üçün adada üç milli və on regional park da fəaliyyət göstərir.

Kipr

Oktyabrda orta hesabla +23°C temperatur və gündə 8 saat günəşli hava ilə Kipr Avropanın ən isti payız istiqamətlərindən biridir.

Ada həm çimərlikləri, həm də zəngin tarixi irsi ilə seçilir. Burada Qədim Yunanıstan və Roma dövründən qalan çoxsaylı abidələr mövcuddur.

Turistlərin ən çox ziyarət etdiyi yerlər arasında “Kralların məzarları”, Kolossi qalası və qədim Kurion şəhəri yer alır.

Omodos və Lefkara kimi kəndlər isə Kiprin ənənəvi mətbəxi, mədəniyyəti və həyat tərzi ilə yaxından tanış olmaq imkanı verir.

Algarve, Portuqaliya

Portuqaliyanın cənubundakı Algarve bölgəsində oktyabrda orta temperatur +23°C, günəşli hava isə gündə təxminən 7 saatdır.

Bölgə uzun qumlu çimərlikləri ilə yanaşı, piyada yürüş marşrutları ilə də məşhurdur.

Ən tanınmış marşrutlardan biri Via Algarviana yoludur. Bu tarixi yol İspaniya sərhədi yaxınlığındakı Alcoutimdən San Vicente burnuna qədər uzanır.

Piyada yürüşü sevməyən turistlər isə tarixi Faro şəhərini gəzə, burada yerləşən məşhur “Sümüklər kapellası”nı görə bilərlər.

Rodos, Yunanıstan

Yunanıstanın Rodos adasında oktyabrda orta temperatur təxminən +22°C olur və gün ərzində 8 saata yaxın günəşli hava müşahidə edilir.

Ada çimərlikləri ilə yanaşı, zəngin tarixi ilə də tanınır. Antik dövrdə dünyanın yeddi möcüzəsindən biri olan Rodos Kolossu məhz burada yerləşib.

Bu gün turistlərin əsas diqqətini UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Rodosun Köhnə şəhəri çəkir. Burada qədim qala divarları, dar daş küçələr və çoxsaylı arxeoloji abidələr qorunub saxlanılıb.

Dəniz istirahəti üçün Lindos və Faliraki məşhur seçimlərdəndir. Burada Egey dənizində çimmək, yerli tavernalarda ənənəvi yunan məzələrinin dadına baxmaq mümkündür.

Beləliklə, oktyabrda Avropada günəş və isti hava axtaranlar üçün Sevilya, Valletta, Sardiniya, Kipr, Algarve və Rodos ən cəlbedici istiqamətlər sırasında yer alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Oktyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri