Icma.az
close
up
RU
Oktyabrın 15 də beynəlxalq miqyasda üç əlamətdar gün qeyd edilir

Oktyabrın 15 də beynəlxalq miqyasda üç əlamətdar gün qeyd edilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də beynəlxalq ictimaiyyət üç əlamətdar günü qeyd edir. AZƏRTAC xəbər verir ki, dünya miqyasında, o cümlədən Azərbaycanda həmin günlərlə bağlı müxtəlif tədbirlər keçirilir.

Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Günü

Bu mühüm məlumatlandırma günü 47 Avropa ölkəsindən üzvləri olan “Europa Donna” müstəqil qeyri-kommersiya təşkilatının təşəbbüsü ilə süd vəzi xərçəngi haqqında ictimaiyyətin məlumatlılığını artırmaq, onun erkən aşkarlanmasının vacibliyini vurğulamaq məqsədilə Avropanın hər yerindən kiçik bir qrup qadın tərəfindən 1994-cü ildə təsis olunub. Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə Süd Vəzi Xərçəngi ilə Mübarizə Günü hər il oktyabrın 15-də qeyd edilir, eyni zamanda, Azərbaycan da daxil olmaqla, bir çox ölkədə Süd Vəzi Xərçəngi ilə Mübarizə Aylığı keçirilir.

Onkoloji qadın xəstəlikləri sırasında süd vəzi xərçəngi birinci yeri tutur. Hər il dünyada 10 milyondan çox qadın həmin xəstəliyə mübtəla olur. Bəzən bu xəstəliyə kişilər arasında da təsadüf edilir. Gecikmiş diaqnostika və vaxtında aparılmayan müalicə mənfi terapevtik nəticələrə aparıb çıxarır.

Ümumdünya Əl Yuma Günü

UNICEF 2008-ci ildə BMT Baş Assambleyasının iclasında hər il oktyabrın 15- tarixini rəsmi olaraq Ümumdünya Əl Yuma Günü elan edib. BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin qənaətinə görə çirkli əllərdən yaranan xəstəliklər qlobal səviyyədə fəlakətə yol açır, insan orqanizminə bir çox qorxulu xəstəliklərin patogenləri: vəba, pnevmoniya virusu, hepatit, qrip və kəskin respirator virus infeksiyaları daxil olur. Bu problem Asiya və Afrika ölkələrində uşaq ölümləri sayının yüksək olmasının əsas səbəbidir. Belə ki, əl yumamaq difteriya, sətəlcəm, hepatit, qrip, göz infeksiyası, qotur xəstəliyi və müxtəlif növ göbələk xəstəliklərinin yaranmasının əsas faktorlarından biridir. UNICEF-in məlumatına görə dünyada hər gün təkcə ishaldan beş minə yaxın uşaq tələf olur. Bu səbəbdən ilk baxışda adi görünən bu gigiyenik prosedur hər gün minlərlə uşağın həyatını xilas edir.

Bir çox ölkədə mətbuat orqanları gigiyena qaydalarına əməl etmə kampaniyaları keçirir. Azərbaycanda da bu yöndə maarifləndirmə tədbirləri aparılır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün mütəmadi olaraq xəstəliklərin profilaktikası məqsədilə çap materialları hazırlanır, məktəblərdə maarifləndirmə işi aparılır.

Beynəlxalq Kənd Qadınları Günü

BMT-nin qlobal və beynəlxalq günlər sisteminin bir hissəsidir və hər il qeyd olunur. Beynəlxalq Kənd Qadınları Günü BMT Baş Assambleyası tərəfindən 2008-ci ilin fevralında “Kənd ərazilərində qadınların inkişafı” adlı qətnamədə elan edilib.

Bu günün əsas məqsədi kənd qadınlarının həyati rolunu, onların aqrar sektorun və kənd yerlərinin inkişafının sürətləndirilməsinə, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına və yoxsulluğun aradan qaldırılmasına töhfələrini tanımaqdır.

Azərbaycan Kənd Qadınları Assosiasiyası bu əlamətdar gün münasibətilə hər il ölkəmizin müxtəlif bölgələrində tədbirlər təşkil edir. Bu tədbirləri təşkilində məqsəd aqrar sektorun inkişafına töhfə verən zərif cinsin nümayəndələrinin fəaliyyətini qiymətləndirmək, onlara kömək etməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri