Ölən şəxsin “rəqəmsal irsi” sosial media hesabları kimə qalır?
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Bir yaxınınız vəfat edir. Onun “Instagram”, “Facebook”, “Gmail” hesabları qalır. Siz onun yaxın qohumu olsanız da, heç bir şifrəyə çıxışınız yoxdur.
Qanun bu hesablara çıxış hüququ verir? Bu “mülkiyyət” sayılırmı?
Gununsesi.info bu barədə hüquqşünas Rəşad Səfərovun fikirlərini təqdim edir:
“Hazırda Azərbaycan qanunvericiliyində “rəqəmsal irs” anlayışı yoxdur. Amma ümumi hüquqi prinsipə görə (Mülki Məcəllə, 1144-cü maddə), şəxsin vəfatından sonra onun əmlakı mirasçılara keçir. Əgər sosial şəbəkə hesabı kommersiya və ya gəlir gətirici vasitə idisə (məsələn, monetizasiya olunmuş YouTube kanalı), bu, əmlak sayılır və miras kimi tələb oluna bilər. Lakin praktiki baxımdan platformaların öz siyasətləri (məsələn, “Meta”nın memorial rejimi) daha həlledicidir”.
Afət
Baxış sayı:117
Bu xəbər 06 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















