Icma.az
close
up
RU
“Ölənin yaxını bilmir, kədərlənsin, dəfn yeri axtarsın, yoxsa yemək bişirsin” Deputat

“Ölənin yaxını bilmir, kədərlənsin, dəfn yeri axtarsın, yoxsa yemək bişirsin” Deputat

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər  verdiyimiz kimi, bəzi rayonlarımızda  yas mərasimlərinə aid olan cümə axşamılarının keçirilməsi ləğv olunub.
Həmçinin, Füzulidə  11 ildir ki, yas mərasimlərinin süfrələri təmtərqadan uzaq, daha sadədir. Rayonun İcra Hakimiyyətindən bildirilib ki, bu təşəbbüs sayəsində rayon əhalisi 11 il ərzində  təxminən 19.1 milyon manata  qədər vəsaitə qənaət edib. Bu göstərici müzakirələrə səbəb olub.

Millət  vəkili, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında məsələyə münasibətini bildirib.
Deputat rayonlarda atılan bu addımı təqdirəlayiq hesab edir. O,  İslam dinində 7, cümə axşamı, 40 kimi mərasimlərin necə qarşılandığından da bəsh edib:                                                        
“İslam dinində  cümə axşamı, 7, 40 mərasimlərinin heç biri yoxdur. İslama görə insan dünyasını dəyişdikdən sonra onun üçün yalnız 3 gün yas saxlanıla bilər. Eyni zamanda, təmtəraqlı yasın keçirilməsi də dində yoxdur. Bu ənənələri insanlar sonradan meydana gətirib.
Bu gün Azərbaycanda hamı  yasların təmtəraqlı  keçirilməsindən əziyyət çəkir. İslama görə də dünyasını dəyişən insanın evində yemək bişməməlidir. Onun qonşuları, yaxınları yemək bişirib gətirməlidir”.
“Ölənin yaxını bilmir ki, kədərlənsin, dəfn yeri axtarsın, yoxsa yemək bişirsin”.
“Onsuz dünyasını dəyişən insanın yaxınları kədərli olur. Əlavə olaraq isə belə işlərlə məşğul olması, ölənini yola salmağına çətinlik yaradır. Buna görə də yaslarda çay, yüngül süfrə ola bilər.
Əgər bir rayonda 19 milyon manatdan söhbət gedirsə, deməli, Azərbaycanda hər il yas məclislərinə nə qədər vəsait sərf olunur. Kimsə ehsan vermək, xeyir iş görmək istəyirsə, həmin vəsaiti imkanı az olan insanlara verə bilər. Amma digər formada yasların keçirilməsi israfçılıqdan başqa bir şey deyil”, - deyə Ceyhun Məmmədov vurğulayıb.
Müsahibimiz məsələnin həllini tapması üçün 2 yol təklif edib:
“Birincisi, insanların özlərinin təşəbbüs göstərərək bu addımı atması, ikinci yol isə prosesin qanuni şəkildə həyata keçirilməsidir. Ən yaxşı yol ziyalıların bir araya gələrək belə bir qərar qəbul etməsidir. Biz yaslarımızda israfçılıqdan, artıq vəsaitin xərclənməsindən xilas olmalıyıq. Bu vəsaiti daha yaxşı işlərə, kiminsə təhsilinə, imkansız insana yardım edərək, yetim uşağa dəstək olaraq və s yatırsalar, daha çox savab qazanarlar”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri