Icma.az
close
up
RU
“Oleq Bakinski”nin məhkəməsində Füzuli Musayevin ifadəsi elan olunub

“Oleq Bakinski”nin məhkəməsində Füzuli Musayevin ifadəsi elan olunub

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukaynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Belə ki, ötən prosesdə barəsində məcburi gətirilmə qərarı çıxarılan və bu gün prosesdə iştirak edən şahid Elşən Soltanov deyib ki, Konstantin Kuçerə məxsus “Global Force Technology” şirkətində direktor vəzifəsində çalışıb. Onun sözlərinə görə, zərərçəkən “Aviazapçast” ASC ilə müqavilə bağlananda həmin şirkətdə çalışıb və bu şirkətlə bağlanan müqaviləyə imza atıb.

"İşlədiyim şirkət mülki hava gəmilərinin ehtiyyat hissələrinin satışı ilə məşğul idi. Bir neçə xarici şirkətlə müqavilə bağlanmışdı. Həmin şirkətlərin adları yadımda deyil. Bizim şirkətdə 25 nəfərə yaxın işçi var idi. Müqavilələrlə bağlı danışıqları Konstantin Kuçer və digərləri aparırdı. Vəzifəm direktor olsa da, səlahiyyətlərim az idi", - şahid deyib.

Daha sonra vəkillər məhkəməyə bir neçə vəsatət təqdim edib. Konstantin Kuçerin vəkili cinayət işi üzrə zərərçəkənlərin ölkəyə giriş-çıxış tarixlərinin məhkəməyə təqdim olunması üçün Dövlət Sərhəd Xidmətinə müraciət edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Oleq Bakinskinin müdafiəçisi müvvəkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət təqdim edib.

"Müdafiə etdiyim şəxs peşəkar idmançıdır. Həmçinin Oleq Krapivinin ittiham olunduğu maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Xahiş edirəm onu ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimizi təmin edəsiniz", - vəkil deyib.

Məhkəmə vəsatətə hazırkı prosesin sonunda baxılacağını bildirib.

Prosesdə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti, FHN-nin İdman-sağlamlıq Klubunun rəisi Füzuli Musayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O həmin ifadəsində deyib ki, hadisə baş verən gün cinayət işi üzrə zərərçəkənləri "Babək Plaza"ya Konstantin Kuçerlə görüşməyə aparıb:

"Onlar arasında problem olduğunu orada öyrəndim. Sonra ofis daxilində səs küy yarandı. Biri deyirdi, sənin sənədlərin səhvdir, digəri isə inkar edirdi ki, sənədləri düzdür. Oradan çıxanda Valeriy Nikolayeviçin alnında xəsarət olduğunu gördüm. Dedi ki, onlar ona xəsarət yetiriblər".

Vəkillər etiraz edərək Füzuli Musayevə suallar verilməsi üçün məhkəməyə çağırılmasının zəruri olduğunu bildirib.

Hakim Elnur Nuriyev prosesdə sənədlərin tədqiq edilməsi mərhələsinə keçildiyini bildirib.

Sonda Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.


"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.


İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.


İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.

Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Mart 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri