Olimpiakos Avropa Liqasında 7 8 güclü komandadan biridir, amma Qarabağ ın qələbəsinə inanıram
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Avropa Liqasının sonuncu turunun "Olimpiakos"a qarşı keçirəcəyi görüşü haqda fikirlərini söyləyib:
"Qarabağ" bu mövsüm yaxşı oyunlar sərgilədi, avrokuboklarda udulası oyunlar çox idi. FKSB-ni də məğlub etməliydilər, şanssızlıq yaşadılar. Musa Qurbanlı və Nəriman Axundzadənin qol duyumu daha yaxşıdır. Musa son matçda da qol vurdu. Oyundan-oyuna hər ikisi “Qarabağ”a daha çox kömək edəcək, Juninyonun yerini dolduracaqlar. "Olimpiakos" daha təcrübəlidir. Ağır oyun olacaq. Onsuz da, heç bir oyun "Qarabağ" üçün asan keçməyib. Son oyun olduğuna görə, inanıram ki, komandamız səfərdə layiqli nəticə qazanacaq. Onlara uğurlar arzulayıram.
"Olimpiakos" Avropa Liqasında 7-8 güclü komandadan biridir. Yunanıstan futbolu hazırda yüksəlişdədir. “Olimpiakos” da daim çempionluğa oynayan, avrokuboklarda öz sözünü deyən komandadır. İnanıram ki, "Qarabağ" qalib gələrək, sonluğu yaxşı gətirəcək".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 30 Yanvar 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















