Icma.az
close
up
RU
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu SENSASİON GƏLİŞMƏ

Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu SENSASİON GƏLİŞMƏ

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin əmlakının üzərinə həbs qoyulub. Həbs qərarı Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında qoyulub.  İcra məmuru təqdimatda qeyd edib ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır və buna görə də əmlakı üzərinə həbsin qoyulması məqəsədəmüvafiqdir.

Sabunçu rayon Məhkəməsi icra məmurunun təqdimatına baxıb və Orxan İsmayılzadənin mənzilinin üzərinə həbsin qoyulması barədə qərardad çıxarıb.

2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub.

Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmənin gedişatında Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün qərardad çıxarıb. Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınıb. Qızının saxlanılması üçün aliment ödəməkdən də imtina edib. Sabunçu Məhkəməsinin qərarına görə Orxan İsmayılzadə hər ay 500 manat aliment ödəməlidir. O, Sabunçu Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu məhkəmə instansiyası da obyektiv qərar çıxarılması üçün Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi barədə qərardad çıxarıb.

Ekspertizanın keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı gediblər.

Yada salaq ki, Orxan İsmayılzadə bundan öncə də ekspertizada iştirak etməkdən yayınıb. Sabunçu və Xətai rayon məhkəmələrində iş üzrə proseslər keçirilərkən hakimlə obyektiv qərarın verilməsi üçün ekspertiza keçirilməsi barədə qərar vermişdilər. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad çıxarmışdı. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin o zaman da Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana getməmişdi. Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ayrı-ayrı məhkəmələrin çıxardığı qərardadlar əsasında təyin olunan ekspertizadan keçməkdən yayınmaqla əslində övladının atası olduğunu təsdiq etmiş olur: “Orxan İsmayılzadə mənim ona şər atdığımı deyir. Guya övladımın atasının olduğunu bildirməklə ona şər atıram. Bunun şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edib məhkəmələrə üz tutur. Məhkəmələr həqiqətin üzə çıxması üçün ekspertiza təyin edirlər. Çünki, bunu sübut etməyin tək yolu ekspertizadır və Orxan İsmayılzadə ekspertizada iştirak etməməklə Nilin atası olduğunu etiraf etmiş olur. Məsələ onun iddia etdiyi kimi olsaydı, ekspertizadan keçər, övladımın atası olub-olmamasına aydınlıq gətirilməsində iştirak edərdi. Mənim övladımın atası Orxan İsmayılzadədir”.

Fidan Abbasova Orxan İsmayılzadənin bu günə qədər təyin olunmuş ekspertizalarda iştirak etməməsinin protokollaşdırıldığını da deyib:

“Qanuna görə ekspertizanın işində iştirak etməmək öz-özlüyündə onun nəticəsini qəbul etmək, nəticəsi ilə razılaşmaq anlamı daşıyır”.

Bioloji qohumluğun təyini – Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.

Fidan Abbasova deyib ki, Sabunçu Rayon Məhkəməsi ötən il Orxan İsmayılzadənin qızı Nilin atası olması barədə qərar verib və aliment təyin edib: “Orxan İsmayılzadə uşağın saxlanılması üçün təyin olunan aylıq 500 manat alimenti də ödəmir. Qanuna görə Orxan İsmayılzadə alimenti ödəmirsə, icraçılar onu məcbur etməlidirlər ki, övladının saxlama xərcini ödənsin. Ödəmirsə, icraçılar müvafiq hüquqi addımlar atmalıdırlar və atıblar. Vəkillərimlə məsləhətləşmədən sonra əlavə hüquqi addımların atılmasını da planlaşdırıram”.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see176

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see155

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see141

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see135

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see131

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see129

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see126

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see121

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see120

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see119

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see118

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see117

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see117

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri