Icma.az
close
up
RU
Ölkədə dərslər onlayn keçiriləcək? 2 3 günlük...

Ölkədə dərslər onlayn keçiriləcək? 2 3 günlük...

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Bakı kimi böyük şəhərlərdə, qış aylarında qarın yağması və yolların buz bağlaması şəhər həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir. Bu, xüsusilə məktəblərə və universitetlərə müntəzəm gedib-gələn şagirdlər və tələbələr üçün problemə çevrilir.  Buna görə də Azərbaycanda bir sıra universitetlərdə dərslər onlayn formatda keçirilir. 

Bildiyimiz kimi, pandemiya dövründə də ölkəmiz distant təhsil praktikasından keçib. 

Görəsən, bu format sadəcə zəruri hallarda yox, adi günlərdə də tətbiq oluna bilərmi? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, son günlərdə müşahidə olunan hava şəraiti universitetlərdə ən azı həftədə 2-3 gün onlayn təhsil tətbiqinin zəruriliyini sübut etdi.

Onun sözlərinə görə, metro və avtobusların boş olması, şəhərdə hərəkətin xeyli azalması bu məsələnin nə qədər vacib olduğunu aşkara çıxardı. Ekspert qeyd edib ki, dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələr artıq qar, yağış və digər hava şəraitindən asılı olmayaraq, universitetlərdə hibrid təhsil modelinə keçid ediblər:

“Məsələn, ABŞ, Kanada, Almaniya və Finlandiya kimi ölkələrdə bir çox universitetlər həftədə bir neçə gün dərsləri onlayn formatda təşkil edir. Bu, tələbələrə daha rahat və çevik təhsil almağa imkan yaratmaqla yanaşı, şəhər infrastrukturuna və nəqliyyat sisteminə düşən yükü də azaldır”.

K.Əsədov vurğulayıb ki, onlayn təhsilin müəyyən günlərdə tətbiqi xüsusilə qış aylarında və pis hava şəraitində tələbələrin rahatlığını təmin edə bilər:

“Onlayn tədris sistemi ilə tələbələr hər gün kilometrlərlə yol qət etmək, qarlı və buzlu yollarda hərəkət etmək məcburiyyətində qalmayacaqlar. Həmçinin, bu, universitetlərin kommunal xərclərini azaltmağa, auditoriya yükünü optimallaşdırmağa və texnoloji imkanları daha geniş tətbiq etməyə kömək edə bilər. Bundan əlavə, tələbə sayının ictimai nəqliyyatda sıxlıq yaratması və şəhərdaxili hərəkətə mənfi təsir göstərməsi də nəzərə alınmalıdır. Universitetlərdə dərslər tamamilə ənənəvi formatda keçirildikdə, səhər və axşam saatlarında avtobus və metroda sıxlıq kəskin şəkildə artır. Bu yalnız tələbələrin deyil, işə gedən digər vətəndaşların da rahatlığını məhdudlaşdırır və nəqliyyatın iflic olmasına səbəb olur. Xüsusilə BDU, ADNSU, ADPU, UNEC kimi böyük universitetlərin yerləşdiyi ərazilərdə səhər saatlarında ciddi tıxaclar yaranır. Artıq bir sıra dərslərin onlayn olması hərəkət sıxlığının azalmasına gətirib çıxaracaq, bu da ictimai nəqliyyatda yükü azaldacaq və şəhərin ümumi hərəkət sistemini daha rahat edəcək. Universitetlərin həftənin müəyyən günlərində distant təhsil sisteminə keçməsi nəqliyyatda sərnişin axınının daha balanslı olmasını təmin edəcək və səhər saatlarında yollarda tıxacları minimuma endirəcək.

Hazırda ölkəmizdə universitetlərin böyük əksəriyyəti onlayn tədris imkanlarına malikdir. Pandemiya dövründə universitetlər onlayn dərs keçmək üçün zəruri texniki bazanı yaratdılar və bu sistem effektiv şəkildə işlədi. Bəs niyə bu imkanlardan indi istifadə olunmur? Onlayn dərslər təkcə pandemiya zamanı yox, tədris prosesinin bir hissəsi kimi sistemli şəkildə tətbiq edilməlidir”.

Mütəxəssis təklif edib ki, tələbələrin rahatlığı və təhsilin keyfiyyətini qorumaq üçün universitetlərdə həftədə ən azı 2-3 gün distant dərslərin keçirilməsi rəsmi qaydada tətbiq olunsun:

“Bu, təkcə hava şəraiti ilə bağlı deyil, həm də müasir dövrdə təhsilin daha çevik və əlçatan olması üçün vacib addımdır. Nəqliyyat yükünün azalması, tələbələrin vaxta qənaət etməsi, şəhərdə tıxac və sıxlığın azalması və universitetlərin daha effektiv idarə olunması baxımından bu, müasir təhsil sisteminin zəruri tələblərindən biri olmalıdır. Bu yanaşma yalnız tələbələr üçün deyil, bütün şəhər sakinləri üçün də daha rahat və səmərəli nəqliyyat infrastrukturunun formalaşmasına kömək edəcək”.

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Fevral 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri