Ölkədə ən populyar süni intellekt çat botu açıqlandı
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
"ChatGPT" Azərbaycanda süni intellekt əsaslı çat-botlar arasında populyarlığına görə liderliyini qoruyub-saxlamaqdadır.
Axar.az xəbər veri ki, bu barədə Trend "Global Stats" məlumatları əsasında hesablama aparıb.
Bildirilib ki, 2026-cı ilin sentyabrında Azərbaycanda süni intellekt çat-botları bazarında "ChatGPT"nin payı 86,3 faiz təşkil edib. Bu, bir ay əvvəlki göstəricidən 2,69 faiz bəndi çoxdur.
Bu müddətdə "Google Gemini"dən istifadə 1,17 faiz bəndi azalaraq 10,28 faiz təşkil edib.
Sentyabrda "Perplexity"nin payı 2,34 faiz, "Claude"un 0,83 faiz, "Microsoft Copilot"un payı isə 0,24 faiz olub.
Beləliklə, "ChatGPT" Azərbaycanda süni intellekt çat-botları bazarında lider mövqeyini qoruyub və ən yaxın rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayıb.
Qeyd edək ki, "OpenAI" GPT-6-nın "ChatGPT"də qlobal tətbiqinə başlayıb. Yeni model Intelligent UI funksiyası ilə təchiz olunub. Bu funksiya "ChatGPT"yə yalnız mətn formatında cavablar verməyə deyil, həm də birbaşa çat daxilində interaktiv interfeyslər yaratmağa imkan verir. Onun köməyi ilə cavablara interaktiv qrafiklər, düymələr və formalar, diaqramlar, kalkulyatorlar və digər interaktiv elementlər daxil edilə bilər.
OpenAI bildirir ki, GPT-6 qarşıya qoyulan tapşırıqdan asılı olaraq cavabın ən uyğun formatını müstəqil şəkildə seçə bilər. Məsələn, mürəkkəb mövzunun izahı üçün interaktiv sxemdən, hesablamalar üçün isə kalkulyatordan istifadə edə bilər.
Bundan əlavə, "OpenAI" "ChatGPT"də yeni reklam formatını elan edib. Şirkət oktyabrın sonlarından etibarən əvvəlcə ABŞ-də "Free" və "Go" istifadəçiləri üçün vizual reklam formatını sınaqdan keçirməyi planlaşdırır. "OpenAI" vurğulayır ki, reklam yaradılan görüntüdən ayrı olacaq və "ChatGPT"nin cavablarına təsir göstərməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 09 Oktyabr 2026 02:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















