Icma.az
close
up
RU
Ölkədə güclü ilan hücumu başladı ƏHALİYƏ XƏBƏRDARLIQ: “Bu səhvi ƏSLA ETMƏYİN”

Ölkədə güclü ilan hücumu başladı ƏHALİYƏ XƏBƏRDARLIQ: “Bu səhvi ƏSLA ETMƏYİN”

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəkidə və Ağsuda iki ayrı-ayrı ilan sancması hadisəsi qeydə alınıb. Şəki sakini Cəlil Zamanovun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsində müalicə alır. Ağsuda isə 16 yaşlı Emin Eyyubov ilan sancmasından sonra xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir, biri reanimasiyada müalicə olunur. Bu hadisələr ilan təhlükəsinin yay mövsümündə nə qədər aktuallığını bir daha göstərir.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Zoologiya institutunun laboratoriya müdiri Təvəkkül İsgəndərov bildirib ki,diş izləri qırmızı rəngdədirsə, deməli, sancan ilan zəhərlidir:
“Təhlükəli ilanların insanları sancması çox vaxt onların ehtiyatsızlığı ucbatından baş verir. İlan olan ərazilərdə diqqətli olmaq vacibdir. İlanlar adətən sıx kolluq və insan yaşayışının olmadığı yerlərdə çox olur. İnsan ilanı tutmağa və ya öldürməyə çalışdıqda sancma halları baş verir. Ona görə də insanlar bu kimi yerlərdə ehtiyatlı davranmağı bacarmalıdırlar. Bilməlidirlər ki, belə ərazilərdə zəhərli ilanlar ola bilər. Sancma hadisəsi baş verərsə, dərhal həmin yerə baxmaq lazımdır. Əgər diş izləri qırmızı rəngdədirsə, deməli sancan ilan zəhərlidir. Hər halda dərhal həkimə müraciət edilməlidir. Həkimə çatdırana qədər ilkin tibbi yardım göstərmək vacibdir. İlkin olaraq diş batmış nahiyəni dezinfeksiya edib, yumşaq şəkildə sarımaq və həmin bədən hissəsini hərəkətsiz saxlamaq lazımdır. Çünki hərəkət qan dövranını sürətləndirir və bu da zəhərin qanla daha sürətli yayılmasına səbəb olur". 
O, həmçinin bildirib ki, evdə zəhərə qarşı zərdab varsa, onu əzələ daxilinə vurmaq lazımdır:
"Həmçinin həmin şəxsə, istəməsə belə, bol maye verilməlidir ki, böyrək vasitəsilə qan təmizlənsin. Əgər ilan zəhəri kifayət qədər yeridilibsə, yarım saat ərzində həmin şəxs huşunu itirə bilər. Bu müddət ərzində sancılan nahiyədə şişkinlik yarana bilər. Buna görə də qol və barmaqda olan saat, üzük kimi əşyalar çıxarılmalıdır ki, şişkinlik zamanı sıxılma olmasın. Əgər evdə zəhərə qarşı serum (zərdab) varsa, onu da əzələ daxilinə vurmaq mümkündür. Lakin bu, müalicə məqsədli deyil, həkimə çatana qədər dözüm üçün tətbiq olunur. Müalicəni isə həkimlər həyata keçirir. Qan yuyulması və sidikqovucu vasitələrin verilməsi ilə zəhərin bədəndən çıxarılmasına kömək edilir. Çünki zəhər yayılarsa, həyat üçün vacib orqanlarda ağır fəsadlar yarana bilər".
Zooloq qeyd edib ki, diş batmış nahiyəni kəsmək, doğramaq olmaz:
"Müalicə müddəti adətən 2-3 gün çəkir. Diş batmış nahiyədə yaranın sağalması isə 1-2 ay davam edə bilər, çünki həmin ərazidə əzələ toxumasının çürüməsi halları ola bilər. İlkin tibbi yardımı vaxtında göstərmək çox önəmlidir ki, qanqrena inkişaf edib şikəstlik yaranmasın. Həmçinin diqqət etmək lazımdır ki, diş batmış nahiyəni kəsmək, doğramaq, yağ sürtmək, spirtli içki içmək və həmin yeri sıx bağlamaq olmaz. Qan az da olsa, bədənə yayılmalıdır ki, bir nahiyə tamamilə sıradan çıxmasın”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri