Ölkədə turizm sahəsində yeni dövlət standartları qəbul edilib
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 3163:2026 “Macəra turizmi — Lüğət”, AZS ISO 21101:2026 “Macəra turizmi — Təhlükəsizlik idarəetmə sistemləri —Tələblər”, AZS ISO 21103:2026 “Macəra turizmi — İştirakçılar üçün məlumat” dövlət standartları qəbul edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, bu dövlət standartları macəra turizmi sahəsində təhlükəsizlik və xidmət terminlərinin aydın şəkildə müəyyənləşdirilməsi, turizm fəaliyyətlərini təşkil edənlər üçün təhlükəsizlik idarəetmə sistemlərinə dair tələblərin formalaşdırılması, həmçinin iştirakçılara fəaliyyət başlamazdan əvvəl, fəaliyyət zamanı və tamamlandıqdan sonra təqdim olunacaq məlumatlara dair minimum tələbləri əhatə edir.
Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 16 Aprel 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















