Icma.az
close
up
RU
Ölkədə “uşaq pulu” üçün tələb olunan məbləğ açıqlandı: İldə 3 milyard ayrılsa...

Ölkədə “uşaq pulu” üçün tələb olunan məbləğ açıqlandı: İldə 3 milyard ayrılsa...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar “uşaqpulu” müavinətinin yenidən bərpa olunması barədə təkliflər tez-tez gündəmə gətirilir. Ekspertlər bunu ölkəmizin demoqrafik vəziyyətində yaşanan azalmalarla izah edirlər. İddia olunur ki, el arasında “uşaqpulu” kimi xarakterizə edilən müavinətlər bərpa olunsa, doğum nisbəti artar və Azərbaycan getdikcə sürükləndiyi bu böhrandan yaxa qurtara bilər. Bunun üçün isə ildə milyardlarla manat ayrılmalıdır.

Uşaqların sosial müdafiəsi üçün hər ay nə qədər vəsaitə ehtiyac var və hər uşaq üçün hər ay nə qədər müavinət verilməlidir?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Azərbaycan yetkililəri 2019-cu ildən bu məsələ ətrafında baş sındırırlar.

Onun sözlərinə görə, məsələ müzakirə səviyyəsində qalır və konkret bir iş görülmür:

“Görünən budur ki, dövlət orqanları ölkəmizin demoqrafik vəziyyətinin hansı problemlərə səbəb ola biləcəyini tam qavramır və bu səbəbdən də məsələyə ciddi diqqət ayırmırlar. Halbuki, bir ölkənin istər iqtisadi, istərsə də hərbi qüdrəti onun demoqrafik inkişafı ilə birbaşa bağlıdır”.

Demoqrafik tənəzzül və ya yavaşlamanın təkcə Azərbaycanda baş vermədiyini, bütün dünya dövlətlərinin bundan əziyyət çəkdiyini bildirən Heydər Oğuzun fikrincə, ölkələr, o cümlədən də biz bu problemi zamanında həll edə bilməsək, gələcəkdə qarşısıalınmaz sürprizlərlə qarşılaşacağıq:

“Təsəvvür edin, bu gün dünyanın ən qələbəlik ölkəsi sayılan Çində əhali sayı 1.5 milyarddan aşağı düşüb. Alimlərin hesablamalarına görə, bu 1061-ci ildən indiyədək qeydə alınan ən aşağı göstəricidir. Yəni hardasa, 1000 il ərzində Çində əhali nəinki 1 nəfər belə artmayıb, əksinə, hələ azalıb. Eyni sözləri Şərqi Avropa ölkələri və Yaponiya üçün də deyə bilərik. Rəsmi statistikaya inansaq, Rumıniyada əhali son 30 ildə 4 milyon nəfər azalıb. 1990-cı ildə bu ölkədə 23.2 milyon əhali yaşayırdı. 2010-cu ildə göstərici 20.2 milyona, 2020-ci ildə isə 19.3 milyona düşmüşdü. Bolqarıstanda da vəziyyət ürəkaçan deyil. Son bir il ərzində bu ölkədə əhalinin sayında 844 min azalma baş verib. Ümumilikdə son 10 il ərzində Bolqarıstan əhalisinin 11 faiz azaldığı müşahidə olunub. Son 30 il ərzində isə bu göstərici hardasa 30 faizə yaxındır. 1990-cı ildə 9 milyon olan ölkənin əhalisi 2020-ci ildə 6,9 milyonda qərarlaşmışdı. Yunanıstan Milli Statistika Komitəsinin (ELSTAT) məlumatına görə, 2011-2021-ci illər arasında ölkədə doğum nisbətləri 30 faiz azalıb. 2050-ci ilə qədər daha 1 milyon yunan yox olacaq. Yenə statistik məlumatlara və araşdırmalara görə, 2022-ci ildə 10,5 milyon olaraq ölçülən Yunanıstanda əhalinin sayı hazırda 10 milyonun altına düşüb. 2100-cü ildə 7,3 milyona qədər azalacağı gözlənilir”.

Heydər Oğuz

Azərbaycanın da demoqrafik durğunluqla üz-üzə qaldığını bildirən Heydər Oğuzun iddialarına görə, biz də bu sahədə digər əhalisini itirən ölkələrdən “geri qalmırıq”:

“Bildirildiyinə görə, 2023-cü ildə qadın başına düşən doğurğanlıq əmsalımız 1,6 uşaq səviyyəsində idi. Bu göstərici ilə biz bəzi Avropa ölkələrindən yaxşı vəziyyətdə olsaq da, yenə də yetərli əmsala malik deyilik. Mütəxəssislərin iddialarına görə, demoqrafik balansın qorunması üçün doğurğanlıq səviyyəsi qadın başına ən azı ortalama 2.1 uşaq olmalıdır. Biz isə göründüyü kimi, tələb olunan bu göstəricidən 25 faiz geri qalırdıq. Bu il vəziyyətimiz daha da pisləşmiş ola bilər. Çünki 2019-cu ildən bəri artım nisbətimiz hər keçən gün azalmağa başlayıb. 2019-ci ildə ölkəmizdə 141 min 179 uşaq dünyaya gəlmişdisə, 2020-ci ildə bu say 15 min azalaraq, 126 min 571-ə düşmüşdü. 2021-ci ildə 112 min 284, 2022-ci ildə 122 min 846, 2023-ci ildə 112 min 620, 2024-cü ildə isə 102 min 310 nəfərlik artım olmuşdu”.

Bununla belə, doğurğanlıq nisbətində Avropanın bir çox ölkələrindən yaxşı vəziyyətdə olduğumuzu bildirən siyasi şərhçi bəzi Avropa ölkələrinin artım gücünü belə sıraladı:

“Latviyada bu göstərici qadın başına ortalama 1,14 uşaqdır. Litva: – 1,05; Polşa: -1, Rumıniya: – 0,94, Estoniya: – 0,76; Bolqarıstan: – 0,66; Serbiya: – 0,61; Moldova: – 0,58; Xorvatiya: – 0,46; Monteneqro: – 0,44 nisbəti ilə bizdən xeyli geri qalır. Amma təbii ki, Azərbaycan dövləti bu nisbi üstünlüklə razılaşmamalı, demoqrafik artımı ən azı qadın başına 3 nəfərə qaldırmalıdır. Əks halda biz də əriyən toplumlardan fərqlənməyəcəyik və getdikcə təsirsiz millət halına düşəcəyik. Nəzərə alsaq ki, hər il ölkə əhalisinin yaş nisbəti də artır, dolayısıyla toplumlar qocalır və qocalan toplumlar doğurğanlıq qabiliyyətini daha çox itirirlər, vəziyyətin biz düşündüyümüzdən xeyli kritik olduğunu anlaya bilərik. Bu mənada ildə uşaqların sosial təminatına 2.7 və ya 3 milyard dollar ayırmaq heç kimə bahalı xərc kimi görünməməlidir. Hər halda, bu qədər xərc tamamilə yoxoluşa sürüklənməkdən daha bahalı deyil”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri