Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Ölkəmiz alternativ enerji poliqonuna çevrilib

Ölkəmiz alternativ enerji poliqonuna çevrilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Qafqaz regionda siyasi sabitlik və əməkdaşlıq meydanına çevrilmiş Azərbaycan Respublikası Avropa İttifaqının mötəbər enerji tərəfdaşı kimi öz mövqeyini getdikcə gücləndirir. Bu əməkdaşlığın təməli isə 13 il əvvəl Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin həyata vəsiqə alması ilə qoyulub.

Xəzər regionu ilə Avropa qitəsi arasında vacib enerji körpüsü rolunu oynayan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP kəməri ötən müddətdə “köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verib. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən 5 il 4 ay ərzində sözügedən kəmərlə, təqribən, 58 milyard kubmetr qaz nəql olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsi zamanı bu vacib məqama toxunaraq deyib: “Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra – Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır”.

Hazırda Avropa İttifaqının 10 üzv dövlətinin, ümumilikdə isə, 12 Avropa dövlətinin Azərbaycandan qaz aldığını xatırladan Prezident İlham Əliyev ölkəmizlə bu sahədə əməkdaşlığa başlamaq istəyi ilə bağlı müraciətlərinin sayının getdikcə artmaqda olduğunu vurğulayıb.

Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrildiyini bildirən televiziya əməkdaşının Avropanın enerji mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın bu sahədə rolu ilə bağlı sualını cavablandıran dövlətimizin başçısı deyib: “Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq”.

Müsahibə zamanı Prezident İlham Əliyev ölkəmizdə qaz istehsalının artmaqda davam etdiyini vurğulayaraq gələn ayın əvvəlində yeni yataqların hasilatına başlanılacağını diqqətə çatdırıb. Burada söhbət “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun daha dərin laylarında yerləşən sərbəst təbii qaz ehtiyatlarının işlənməyə cəlb edilməsindən gedir. AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 2024-cü il sentyabrın 20-də mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalanıb.

Həmin sazişə sərbəst təbii qaz ehtiyatları ilə bağlı yeni əlavənin imzalanmasından sonra planlaşdırılmış ilkin hasilat quyusu “Qərbi Çıraq” platformasından təhlükəsiz şəkildə qazılıb. Qiymətləndirmə baxımından xüsusi əhəmiyyət daşıyan bu quyudan əldə olunan məlumatlar AÇG-dəki sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək. Ümumilikdə isə, buradan çıxarıla bilən sərbəst təbii qaz ehtiyatlarının 4 trilyon kub futadək olduğu proqnozlaşdırılır.

Yeri gəlmişkən, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bir qədər əvvəl yerli media nümayəndələri üçün keçirdiyi brifinqdə bu il AÇG sərbəst qazın işlənməsi layihəsi çərçivəsində hasilata başlanılacağını diqqətə çatdıraraq yay aylarına doğru “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun daha dərin hissəsindən qazılan quyunun istismara veriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, bu, rezervuarın yeni hissəsini öyrənməyə imkan yaradaraq hasilat göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa, eləcə də AÇG-də iri qaz ehtiyatlarına çıxışı təmin etməyə imkan yaradacaq.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

2020-ci ilin son günündə ölkəmizin ən böyük qaz-kondensat yatağı sayılan “Şahdəniz”dən hasil edilən “mavi yanacaq” Avropa İttifaqı bazarlarına axmağa başlayıb. Bununla da, gələcək əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması və uzunmüddətli tərəfdaşlıq platformasının formalaşdırılması istiqamətində mühüm addım atılıb.

Əgər Azərbaycan qazının böyük bazarlara uzunmüddətli çıxışına nail olunmasaydı, ölkəmizin Xəzərdəki böyük qaz həcmləri bəlkə indiyə qədər ehtiyat kimi qalmaqda davam edərdi. Həm də məsələ təkcə maddi kapitalla məhdudlaşmayacaqdı. Çünki böyük həcmdə qazın Avropa bazarlarına çıxarılması ilə Azərbaycanın siyasi, iqtisadi və mədəni əlaqələri də genişlənmək yoluna çıxdı. Bu da ölkəmizin qarşısında yeni imkanlar açdı.

Rəsmi Bakının Avropa qaz bazarına çıxışı isə Xəzəri “qoca qitə” ilə birləşdirən Cənub Qaz Dəhlizi kimi nəhəng bir layihənin reallaşdırılması ilə nəticələndi. Azərbaycan dövləti təbii qazı, sadəcə, bir əmtəə kimi deyil, uzunmüddətli regional və beynəlxalq əməkdaşlığın, həmçinin zamanında ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsində strateji vasitə kimi qiymətləndirməyi bacardı.

Dövlət başçısının “Euronews” televiziyasına müsahibəsində bildirdiyi kimi, gələn ayın əvvəlində Azərbaycanın enerji sektorunda daha bir əlamətdar hadisənin başlanılacağı qeyd olunacaq. “AÇG dərin qaz” layihəsi çərçivəsində hasilata başlanılması ilə ölkəmizin ixrac potensialı bir qədər də artacaq. Güman edirəm ki, bu il üçün həcmlər bir neçə yüz milyon kubmetr olacaq. Çünki yeni təbii qaz quyusu tədricən layihə gücünə çatacaq. Bu isə zaman tələb edir. Gələn ildən daha bir qaz quyusu istifadəyə veriləcək. Bununla da 2028-ci ildə AÇG-də hasilat 2 milyard kubmetrədək arta bilər.

AÇG-dən çıxan səmt qazının əmtəəlik hissəsi Azərbaycanın daxili bazarına yönəldilir. Çox güman ki, sərbəst təbii qaz həcmləri xarici bazarda satılacaq. Tərəflər, yəqin ki, ilk təbii qaz hasilatı başlayan zaman ictimaiyyətə bununla bağlı ətraflı açıqlama verəcəklər.

Nəhayət, Azərbaycanın 2030-cu ildə ixrac qazının artırılmasının əsas yükü “Abşeron” yatağının işlənməsinin ikinci fazası üzərinə düşəcək. Rəsmi məlumatlara görə, yataqdan ildə 4,5 milyard kubmetr qaz çıxarılacaq. Bu da ölkəmizin ixrac potensialının daha da artmasına səbəb olacaq.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri