Icma.az
close
up
RU
Ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil olunub FOTO/VİDEO

Ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil olunub FOTO/VİDEO

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasından bu barədə açıqlama yayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanıdılması sahəsində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılıb.

Görülmüş məqsədyönlü işlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca önəmli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır. Nümayəndə heyətimizin hər il təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin əvəzolunmaz tərkib hissəsinə çevrilib.

Heydər Əliyev Fondunun böyük dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının peşəkar təşkilatçılığı sayəsində Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil edib, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etmiş, onların marağına səbəb olub.

Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçılarının böyük rəğbətini qazanıb. Hər gün 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilib.

Tədbir çərçivəsində ölkəmizin zəngin mədəniyyətini əks etdirən iki dəyərli sənət nümunəsi də təqdim edilib, Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonu barədə qonaqlara verilən məlumatlar böyük maraqla qarşılanıb. Daha sonra tanınmış rəssam Elnur Mahmudovun əsəri Böyük Britaniya Kralı III Çarlza hədiyyə edilmiş, rəssam Aygün Nağıyevanın əl işi xalçası isə Edinburq hersoqu Şahzadə Edvarda təqdim olunub.

Tədbirin kulminasiya nöqtəsində “Land of Fire – Azerbaijan” polo komandası Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası üzərində 12:10 hesablı parlaq qələbə qazanıb.

Qarşılaşmanın sonunda Beynəlxalq Polo Federasiyasının prezidenti cənab Reto Gaudenzi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyev arenada “Land of Fire – Azerbaijan” komandasını təbrik etmiş, bununla da mötəbər tədbir başa çatıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 May 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri