Icma.az
close
up
RU
Ölkəmizin Qazaxıstandakı səfirliyində ulu öndərin anım günü keçirilib

Ölkəmizin Qazaxıstandakı səfirliyində ulu öndərin anım günü keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın Qazaxıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib.

İlk öncə ulu öndərin səfirlikdəki büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verib.

Səfir deyib:“Ən böyük gücü  qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, mahir diplomat kimi həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın,  dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, böyük şəxsiyyət olan Heydər Əliyev Azərbaycan müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıtdı”.

Səfir 2023-cü il Azərbaycanda keçirilən “Heydər Əliyev İli” çərçivəsində  Qazaxıstanda baş tutan bir sıra tədbirlər haqqında söhbət açıb. 

Səfir bildirib ki, Astananın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adı verilib, onun haqqında Qazaxıstan TV televiziya kanalı sənədli film hazırlayıb, “Qazpoçt” tərəfindən poçt markası buraxılıb. 

Sonra çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bunun bariz nümunəsi isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir.

Tədbirdə səfirliyin əməkdaşları və Qazaxıstanda yaşayan soydaşlarımız iştirak edib. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri