Icma.az
close
up
RU
Ölkəmizin qlobal arenadaki rolunun əyani sübutu

Ölkəmizin qlobal arenadaki rolunun əyani sübutu

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Enerji bir dövlətin dövlət olaraq ayaqda qalması üçün həyati əhəmiyyət kəsb edən əsas ünsürlərdən biridir. Məhz bu səbəbdən müasir beynəlxalq münasibətlər sistemində enerji faktoru aparıcı təsir riçaqlarından biri kimi qəbul edilir və hər bir ölkə ona təhlükəsizliyinin əsas komponenti kimi yanaşır. O, doğru istifadə edildiyində əvəzsiz bir güc və etibar mənbəyidir.
Azərbaycan zəngin enerji resurslarına malik və ondan doğru istiqamətdə, müstəqil siyasi qərarlar fonunda yararlanmağı bacaran azsaylı dövlətlərdən biridir. Ölkəmiz özünün enerji strategiyasını müxtəlif coğrafiyalar üzrə uğurla genişləndirir. Türkiyə üzərindən Suriyaya qaz ixracına başlanılması geopolitik çəkisi ağır, həm siyasi, həm iqtisadi, həmdə mənəvi cəhətdən önə çıxan tarixi əhəmiyyətli bir addımdır.
Bilindiyi kimi Suriyada 2011-ci ilin martından başlayan hökumət əlehinə aksiyalar inkişaf edən xəttlə vətəndaş müharibəsinə çevrildi və ölkə faktiki olaraq xaosa sürükləndi. Ərəb baharı adlandırılan proseslər və böyük güclərin kəsişən geosiyasi maraqları fonunda Suriya adətən bir terror məskəni təsiri bağışlayırdı. Baas rejimi hakimiyyətini qorumaq üçün ölkəni faktiki olaraq Rusiya və İranın nəzarətinə vermiş, parçalanma ən üst səviyyəyə çatmışdı. Lakin ötən ilin sonunda Bəşər Əsədin devrilməsi ilə Suriyada yeni bir eranın təməli qoyuldu. Lakin ölkənin yenidən ayağa qalxması, siyasi istiqrarın əldə edilməsi olduqca ağır və məşəqqətli bir prosesdir və bu mənada Suriyanın dəstəyə ehtiyacı var. Bu kontekstdə Bakı, Ankara Dəməşq üçbucağında həyata keçirilən enerji nəqli indiki şəraitdə Suriyanın dövlət olaraq yenidən təşəkkül tapmasında həlledici rol oynayacaq. İlkin mərhələdə ölkənin işığa olan təlabatının müəyyən hissəsi qarşılanacaq və həyat normallaşmağa doğru gedəcək.
Təbii ki, bu proses ilk növbədə ölkədə hələdə davam müəyyən daxili qarşıdurmaların həll edilməsindən sonra tam olaraq öz yerini tutacaq.
Azərbaycanın Suriyaya qaz ixracına başlaması siyasi-iqtisadi qərardan daha çox mənəvi dəyərlərə söykənən bir addımdır. Azərbaycan 14 ildir hər cür əzab, işgəncəyə məruz qalmış Suriya xalqının həyata qalması üçün öz dost, qardaş əlini uzadır. Bu isə bütün mənfəətlərdən üstündür. Azərbaycan Suriyanın neft və qaz yataqlarının işlənməsin də öz dəstəyini nümayiş etdirəcək. Bu isə Dəməşqə stabil maliyyə axınını təmin etməyə imkan verəcək. Təbii ki, bu ilkin mərhələdir və perspektivlərdə olduqca yüksəkdir. Hesab edirəm ki, Azərbaycanın Yaxın Şərq strategiyası bu kimi uğurlu gedişatını davam etdirəcək.
Göründüyü kimi, Azərbaycanın Suriya və Ukrayna kimi münaqişələrdən, işğaldan əziyyət çəkən ölkələrə öz yardım əlini uzatması ölkəmizin qlobal arenadaki rolunun əyani sübutdur.
Pərviz Mirizadə, siyasi şərhçi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Avqust 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri