Icma.az
close
up
RU
Düzgün və uğurlu iqtisadi siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib ŞƏRH AZƏRTAC

Düzgün və uğurlu iqtisadi siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində regionda və dünyada baş verən müasir siyasi reallıqlara düzgün və obyektiv qiymət verməklə ölkəmizin uğurlu inkişaf tablosuna bir daha aydınlıq gətirdi. Dövlətimizin başçısının vurğuladığı kimi, 2024-cü il ölkəmizin həyatında çoxsaylı uğurlarla yadda qalıb. Sosial-iqtisadi göstəriciləri ümidvericidir, Azərbaycanın iqtisadiyyatı sürətli inkişafını davam etdirib, ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 6,4 faizdən çox artıb. Eləcə də sənayedə, xüsusən də qeyri-neft sənayesində artım meylləri yüksəlib. Ötən 11 ay ərzində 60 milyard manata yaxın sənaye məhsulu istehsal edilib ki, istehsalın əsas mənbəyini 7 faiz artımla qeyri-neft-qaz sektoru təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov səsləndirib.

Onun sözlərinə görə, Prezidentin də qeyd etdiyi kimi, bu göstəricilər iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasətin mühüm nəticəsi olmaqla, müsbət təsirlərini göstərməkdədir. “Azərbaycanda neft istehsalı azalsa da, iqtisadi inkişafın əsas güc sütunları böyüməkdədir. İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasət müsbət təsirlərini göstərir və artıq ölkənin inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunur. Yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitində iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və bu il ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, qeyri-neft resurslarının yüksək artımları müqabilində ilin sonunda ümumi daxili məhsulun 5-6 faiz təşkil edəcəyi gözlənilir”, - deyə o əlavə edib.

Millət Məclisin deputatı qeyd edib ki, ötən il ölkəmizdə maliyyə ehtiyatlarını təmin edən yığım mənbələri genişlənib, xarici sərmayələrdə artım qeydə alınıb. “2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala 15,9 milyard manat məbləğində investisiya yönəldilib. Bu dövrdə 4 milyard dollara yaxın xarici kapital cəlb edilib. Xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna yatırılması intensivləşib. Eləcə də sərmayələr daha çox yeni sənaye mərkəzlərinə, sənaye parklarına, o cümlədən azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam Sənaye Parkına və Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası”na yönəldilir”.

Aydın Hüseynov vurğulayıb ki, 2024-cü ildə əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi dinamika hesab edilə bilər. İqtisadiyyatda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Əhalinin real gəlirləri və bank dividentlərindən qazancı da 7-10 faiz arasında artıb.

“Dövlətimizin başçısı müsahibədə sosial islahatlar barədə danışaraq maliyyə imkanları yaxşılaşdıqca, davamlı olaraq vətəndaşların rifahı üçün tədbirlər görüldüyünü və görüləcəyini də bəyan etdi. Artıq 2025-ci ilin yanvarından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilib. Minimum aylıq əməkhaqqının məbləğinin 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılması sayəsində dövlət və özəl sektorda çalışan insanların maaşlarının ən aşağı məbləği 400 manat təşkil edəcək. Fevralın 1-dən isə minimum pensiya 280 manatdan 320 manata çatdırılacaq. Prezidentin ötən il dekabrın 23-sə imzaladığı Sərəncama uyğun olaraq, Nazirlər Kabineti üç ay müddətində müvafiq sənədi hazırlayacaq. Həmin sosial təkliflər toplusu mart ayının sonlarında hazır olduqdan sonra hüquqi mexanizm formalaşacaq və sosial paket üzrə bütün artımlar təmin ediləcək.

Bütün bunlar əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini bir daha təsdiqləyir, il ərzində icra olunacaq sosial paketin əhatəsinin daha da genişlənəcəyindən xəbər verir”, - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri