Icma.az
close
up
RU
Ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artıb Mehriban Vəliyeva

Ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artıb Mehriban Vəliyeva

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Azərbaycanın dünyanın geosiyasi müstəvisində artan rolu xarici ölkələrlə əlaqələrin güclənməsinə təkan verir. Bunun nəticəsidir ki, son illər ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artıb. Xüsusilə də, müxtəlif Afrika ölkələri Azərbaycanla münasibətləri inkişaf etidirirlər. Belə ölkələrdən biri də Somali respublikasıdır. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan bu Afrika ölkəsi Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq təşkilatlarda ölkəmizə dəstək verib”.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə, Azərbaycanın Afrikada mövqeyi COP29 iqlim sammitindən sonra daha da güclənib: “Bakı sammitində Afrika ölkələrinə iqlim problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün imkan tanındı, meydan verildi. Azərbaycan Prezidenti inkişaf etmiş dövlətlərə çağırış edərək Afrikadakı ölkələrin iqlim problemlərinin həllinə dəstək vermələrinin vacibliyinə toxundu. Cənab İlham Əliyevin həm COP29 sammitində, həm də digər beynəlxalq tədbirlərdə Afrika ölkələrinə dəstək çıxışları bu gün öz müsbət nəticəsini verməkdədir. Azərbaycanın digər ölkələrlə olduğu kimi Afrika dövlətləri ilə də münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Humanitar və mədəni əlaqələrimiz ildən ilə dərinləşir. Azərbaycanın müxtəlif humanitar fondları, dövlət qurumları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir. Azərbaycan Afrikada müstəmləkəçilik və onun yaratdığı fəsadların gündəmə gətirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilir. Xüsusilə də, Bakı Təşəbbüs Qrupunun bu səpkidə gördüyü işlər müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlar tərəfindən təqdir olunur. Dünyada ikinci ən böyük qitə olan Afrika zəngin təbii ehtiyatları, mədəni müxtəlifliyi, və mövcud potensialına görə qlobal landşaftda mühüm yer tutur. Qədim sivilizasiyaların mərkəzi olan Afrika həm də müasir geoiqtisadiyyatda mühüm yer tutur. Bu da Afrikanı imperialist dövlətlər üçün hədəfə çevirir. Azərbaycan və Türkiyə hər zaman böyük dövlətlərin bu siyasətinə qarşı çıxıb və iki qardaş ölkə Afrika siyasətini koordinasiya edərək ədalətli mövqe ortaya qoyurlar”.
M.Vəliyeva qeyd etdi ki, Bakıda Somali və Azərbaycan arasında imzalanan sənədlər qarşılıqlı iradəyə söykənərək ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verəcək: “Prezidentlərin görüşündə əsas müzakirə mövzusundan biri təhsil sahəsində əməkdaşlıqla bağlı olub. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlər mövcuddur. Somalidən olan tələbələr Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alırlar. Gələcəkdə onların sayı artırılacaq. Onların müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı gəəcəkdə Somalinin iqtisadi inkişafına fayda verəcəkdir. Azərbaycan Somalinin infrastrukturu, liman qurğuları və kənd təsərrüfatına sərmayə yatıra bilər. Müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün güclü potensial mövcuddur. Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında antiterror tədbirləri zamanı əldə etdiyi hərbi uğurlar müdafiə sənayemizə olan xarici marağı artırıb. Prezidenti Hasan Şeyx Mahmudun Bakı səfərində Somali hərbçiləri üçün təlimlərin keçirilməsi, müdafiə avadanlığının birgə istehsalı, təchizatı sahəsində əməkdaşlıq müzakirə olunub”.

Deputat sonda bildirdi ki, Somalinin Azərbaycanla əlaqələrə getdikcə daha çox diqqət yetirməsinin bir sıra səbəblər mövcuddur: “Amma əsas səbəblərdən biri qeyd etdiyimiz kimi, Azərbaycanın beynəlxalq xarakterli bir çox məsələlərdə aktiv rol alması və Afrika ölkələrini müdafiə etməsidir. Azərbaycan-Somali əlaqələrinin inkişafı üçün güclü potensial mövcuddur. Somali Prezidentinin Azərbaycana səfəri bu əlaqələrin inkişafına mühüm töhfə verir. Səfər çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün aparılan müzakirələrin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək. Somali ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın bütün Afrika ölkələri ilə münasibətlərinə də müsbət təsir göstərəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Fevral 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri