Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Ölkəni başına götürən lombard xaosu: “Əsl reketlikdir”

Ölkəni başına götürən lombard xaosu: “Əsl reketlikdir”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda lombard sahəsini ilə bağlı çoxsaylı şikayətlər var. 

Belə ki, banklardan kredit ala bilməyən vətəndaşlar adətən əllərində olan qızıl-zinyət əşyalarını lombardlara girov qoyaraq nağd pul götürürlər. İlk baxışdan 6-8 faizlə təklif edilən lombard kreditləri illik 50-60 faizə başa gəlir. Kredit faizləri aylıq normada yüksək görünmür. Lakin nə qədər insan 1 ay ərzində pulunu geri götürə bilir?  Üstəlik, lombard sahiblərinin bəzən girovları və hətta girovun qaytarılması üçün ödənilən vəsaiti götürüb yoxa çıxırlar. Hazırda belə qalmallı işlərdən biri də “lombard Xəyal”ın işidir. Bu işdə də yüzlərlə  zərərçəkən var. 
İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, lombard fəaliyyəti ilə bağlı qanunlarda olan boşluqlar vətəndaşları çətin vəziyyətə salır:

“Məsələn, gecikməyə görə bağlanan müqavilələr heç bir hüquqi əhəmiyyət daşımır. Lombardların fəaliyyəti nə "Bank olmayan kredit təşkilatları haqqında" nə də "Banklar haqqında" qanunla tənzimlənir. 

Nəticədə 10 manat nizamnamə kapitalı olan MMC yaradılır və lombard vətəndaşlardan girov qəbul etmək qarşılığında kredit fəaliyyəti həyata keçirir. Nə Maliyyə Nazirliyi, nə Mərkəzi Bank, nə də İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti lombardların fəaliyyətinə nəzarət edə bilir. Qanunların olmaması bu sahədə adətən hüquqsuz bir vəziyyətə düşən istehlakçılar üçün çətin vəziyyət yaradır”. 

Ekspert bildirib ki, Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər:

“Bu isə o deməkdir ki, əşyanı girov qoyan, yəni borc alan özü də açıq hərracdan əldə edə bilər. Amma adətən lombardlar borc 2 ay ödənilmədikdə girov sahibindən xəbərsiz girovu satışa çıxarır. Halbuki Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Həmin məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır”. 

Ekspert qeyd edib ki, lombardların qanunsuz əməlləri bununla bitmir: 

“Məsələn, Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Lombardlar bunu edirmi? Düşünürəm ki, xeyr”. 

Həmsöhbətimiz hesab edir ki, hazırda bütün ölkə boyu kredit zənciri kimi fəaliyyət göstərən lombardların fəaliyyəti demək olar ki, qanunsuzdur: 

“Mühim məqam ondan ibarətdir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 302.1-ci maddəsinə əsasən lombardların fəaliyyətinin lisenziyalaşdırılması tələbi var. Amma bu lisenziyanı hansı qurum verməlidir? Bu bəlli deyil. 

Beləliklə, ölkəni başına götürən xaotik lombard krediti xaosu əsl reketlikdir. Bu sahədə böyük bir şəbəkə mövcuddur. Azərbaycan Milli Məclisində isə "Lombardlar haqqında" qanun layihəsi artıq rəflərdə illərdir ki, toz basmış bir halda küncə atılıb”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri