Icma.az
close
up
RU
Ölkənin ən yaşlı və ən gənc generalları DOSYE

Ölkənin ən yaşlı və ən gənc generalları DOSYE

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Modern.az saytı Azərbaycanın hazırda ən yaşlı və ən gənc generalları haqda məlumatı təqdim edir.
Ölkənin ən gənc generalı Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədovdur. F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu. 

Azərbaycanın ikinci ən gənc generalı, 35 yaşında bu yüksək rütbəyə layiq görülən Babək Ələkbərovdur. Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. O, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Azərbaycanın üçüncü ən gənc generalı Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsi rəisinin səlahiyyətlərini icra edən Fərid Əliyevdir.
Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib. General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Əliyevə 36 yaşında “general-mayor” ali hərbi rütbəsi verilib.

Ramiz Zeynalov hazırda Azərbaycanda xidmətdə olan ən yaşlı generaldır.
Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət-Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, DİN Xüsusi İnspeksiyasının rəisi işləyib.
1994-cü il 2 avqustdan - yəni artıq 32-ci ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. R.Zeynalov 2003-cü il iyunun 30-da polis general-mayoru rütbəsi alıb, 1995-ci ildə “İgidliyə görə”, 2006-cı ildə isə “Vətən uğrunda medalı ilə təltif edilib.

Azərbaycanın ən yaşlı ikinci generalı isə ədliyyə nazirinin 71 yaşlı müavini ədliyyə general-leytenantı Eldar Nuriyevdir. O 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi kimi başlayıb, 1993-cü ildə Bakı şəhəri Prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq-mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb.
2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilib. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləyib. 25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilib. 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun "100 illiyi" xatirə medalları, “Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunub.

Ölkənin ən yaşlı üçüncü generalı daxili işlər nazirinin 70 yaşlı müavini general-leytenant Fazil Quliyevdir. Fazil Balahəsən oğlu Quliyev 1957-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 1991–1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini, 1999-cu ildə DİN Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001–2013-cü illərdə isə DİN Baş Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin 20 may 2013-cü il tarixli Sərəncamı ilə daxili işlər nazirinin müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Əməliyyat-xidməti fəaliyyətindəki nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. 2002-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2013-cü ildə "Vətən uğrunda" medalı, 2015-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycan Prezidentinin 30 iyun 2004-cü il tarixli Sərəncamı ilə polis general-mayoru, 1 iyul 2014-cü il tarixli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Nərmin Balacayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:414
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri