Ölkəyə ət gətirilməsinə qadağa qoyula bilər: Bunlar qiymət artımına səbəb olacaqmı?
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan insanının qida rasionunda ət və ət məhsullarının xüsusi çəkisi böyükdür. Ölkədə quş əti və xırdabuynuzlu heyvanların, əsasən qoyun ətinin tələbatı demək olar ki, tam ödənilir.
Lakin dana və mal əti ilə bağlı eyni vəziyyəti demək mümkün deyil. Hazırda Azərbaycan əhalisinin illik dana əti tələbatı təxminən 60 min ton təşkil edir. Bunun yalnız 37 min 500 tonu ölkə daxilində istehsal olunur. Nəticədə 22 min 500 ton ət xaricdən idxal edilir"
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib.
"Sual yaranır ki, istehsalı necə artırmaq olar və hökumət bu sahədə hansı addımları atır ki, idxaldan asılılıq azalsın. Aydındır ki, birdən birə ət idxalına məhdudiyyət qoyularsa, bu, qiymətlərin sürətlə artmasına səbəb olar. Buna baxmayaraq, həm dövlət, həm də vətəndaşlar ölkənin idxaldan asılı olmamasında maraqlıdır".
O bildirib ki, bu məqsədlə dövlət bir sıra tədbirlər həyata keçirir:
"İlk növbədə cins mal-qaranın sayının artırılması üçün ölkəyə yüksək məhsuldarlıqlı heyvanlar gətirilir və əhaliyə onların saxlanması üçün dəstək göstərilir. İkinci istiqamət işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafıdır. Həmin bölgələrdə təsərrüfatların bərpasına geniş imkanlar yaradılıb və dövlət dəstəyi tətbiq olunur. Orada çalışan şəxslər müəyyən sosial ödənişlərdən qismən azad edilirlər".
Ekspert deyib ki, vacib məsələ isə qənaət rejiminə keçiddir:
"Etiraf etmək lazımdır ki, ət və ət məhsullarının istehlakında ciddi israfçılıq mövcuddur. Bunun üçün əlavə statistikaya ehtiyac yoxdur, bunu məclislərdə açıq şəkildə görmək mümkündür.
Ölkədə ətə olan tələbatı sabitləşdirmək və idxalı azaltmaq üçün bu tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi vacibdir. Dövlət kənd təsərrüfatının inkişafı üçün subsidiyalar, faizsiz və güzəştli kreditlər ayırır və bu sahədə mühüm işlər görür.
Hesab edirəm ki, aktiv və məqsədyönlü siyasət davam etdirilərsə, 5–6 il ərzində Azərbaycanda ət idxalına tamamilə son qoymaq mümkündür. İnanıram ki, həm xalq, həm də hökumət bu istiqamətdə zəruri addımları atacaq".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Dabaq xəstəliyi ət və süd məhsullarında qiymət artımına səbəb ola bilər?
17 Oktyabr 2025 12:37
Bu ölkələrdən ət məhsullarının gətirilməsinə Qadağa
06 Yanvar 2026 15:00
Dabaq xəstəliyi ət və süd məhsullarında qiymət artımına səbəb ola bilər? AÇIQLAMA
22 Sentyabr 2025 16:35
Ölkəyə ət idxalı azalıb
18 Oktyabr 2025 16:32
Livan və Litvadan ət gətirilməsinə qadağa qoyuldu
06 Yanvar 2026 14:30
Baxış sayı:94
Bu xəbər 17 Yanvar 2026 19:46 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları