Olmonun agenti Barsadan getmək istəmədiklərini açıqlayıb İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın futbolçusu Dani Olmonun agenti müştərisinin gələcəyi barəsində danışıb.
İdman.biz xəbər verir ki, Endi Bara ispaniyalı yarımmüdafiəçinin komandanı tərk etmək istəmədiyini bildirib.
"Dani "Barselona"nın oyunçusudur və o, burada qalmaq istəyir. Olmo uzun illər buna nail olmaq arzusunda idi. Azad agent kimi bir kluba keçsək, böyük pul qazana bilərik? Əlbəttə, pulsuz transfer zamanı əla müqavilə şərtlərini əldə edə bilərsiniz, lakin biz heç vaxt pul komponentinə əsaslanaraq karyera qərarları verməmişik. Dani Zaqreb “Dinamo”sunda olanda “Bavariya” daha əlverişli şərtlər təklif etdi, lakin onların layihəsi bizə daha inandırıcı göründüyü üçün biz Leypsiqə keçməyə qərar verdik. Futbolda pul hər şey deyil”, - deyə agent bildirib.
Qeyd edək ki, Kataloniya klubu maliyyə problemləri üzündən Dani Olmonun İspaniya çempionatının ikinci hissəsi üçün qeydiyyatını həyata keçirə bilər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Yanvar 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















